Mobil versiya
“Caspian Agro” sərgisi - Türk şirkəti Azərbaycanda yeni tərəfdaşlar axtarır
Tarix: 10-06-2021 | Saat: 17:13
Bölmə:İqtisadiyyat | çapa göndər

“Caspian Agro” sərgisi - Türk şirkəti Azərbaycanda yeni tərəfdaşlar axtarır

Türkiyənin "Ərgənə" şirkəti artıq 10 ildir kənd təsərrüfatı sərgilərində iştirak edir. Şirkətimiz Quba, Xaçmaz, Şəmkir və digər bölgələrə müxtəlif növ şitil sortlarının satışını həyata keçirir.

Bu sözləri iyunun 10-da Bakı Ekspo Mərkəzində işə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində iştirak edən Türkiyənin Bursa şəhərindən gəlmiş Məsud Ərgənə deyib.

Onun dediyinə görə, bir bölgədə yetişdirilən bitki sortları bəzən digərləri üçün məqsədəuyğun deyil. Eyni zamanda, Azərbaycan şirkətlərinə aqronomluq xidmətləri göstərdiyini söyləyən mühasibimiz bildirib ki, sərgidə iştirakın əsas məqsədlərindən biri də Azərbaycanda bu sahədə yeni tərəfdaşlar tapmaqdır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024