Mobil versiya
Göygöldə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
Tarix: 10-06-2021 | Saat: 12:26
Bölmə:Gündəm | çapa göndər

Göygöldə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirib. YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov tədbirdəki giriş nitqində qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür:“Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gəlməsi xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub”.

Z.Hüseynovun sözlərinə görə, 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən xilas edilib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”.

Respublikas Süni Mayalanma Mərkəzi ərazi ilk partiya təşkilatının sədr müavini Şəfa Fəzliyeva vurğulayıb ki, bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin müstəsna əhəmiyyəti var: “Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayə Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır”.
Tədbirdə, həmçinin YAP Göygöl rayon təşkilatının məsləhətçisi Cavid Əsgərzadə, Respublikas Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdulrəhmanov da çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərin Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldığını,Ümummilli Liderin görmək istədiyi Azərbaycanın bu gün reallığa çevrildiyini, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıblar.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024