Mobil versiya
AVRO-2020: Bakıdakı oyunlara 45 min bilet satılıb
Tarix: 10-06-2021 | Saat: 11:44
Bölmə:İdman | çapa göndər

AVRO-2020: Bakıdakı oyunlara 45 min bilet satılıb

AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün 45 minə yaxın bilet satılıb.

AiA. Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, iyunun 12-də A qrupu çərçivəsində baş tutacaq Uels - İsveçrə qarşılaşması üçün hələlik 6000 bilet satılıb. İyunun 16-da keçiriləcək Türkiyə - Uels matçına maraq daha böyükdür. "Ay-ulduzlular"ın Britaniya təmsilçisi ilə görüşünü izləmək üçün 20 min bilet sifariş olunub.

Türkiyə - İsveçrə və 1/4 final mərhələsinin oyunlarına isə hələlik ümumilikdə 19 minə yaxın bilet satılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyunları maksimum 31 min azarkeş izləyə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə