Mobil versiya
Azərbaycan və Türkiyə generallarının görüşü keçirilir
Tarix: 03-06-2021 | Saat: 11:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan və Türkiyə generallarının görüşü keçirilir

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Müdafiə Nazirliyindən aia.az -a verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025