Mobil versiya
Ərdoğan Qarabağ məsələsi barədə: “Azərbaycan öz göbəyini özü kəsdi”
Tarix: 02-06-2021 | Saat: 09:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan Qarabağ məsələsi barədə:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1 və TRT Haber telekanallarının ortaq yayımının qonağı olub.

Efirdən bir sıra maraqlı açıqlamalar verən dövlət başçısı Türkiyə - ABŞ münasibətləri, qondarma "erməni soyqırımı", həmçinin Qarabağ məsələsinə də toxunub.

R.T.Ərdoğan qondarma "erməni soyqırımı"nı ABŞ-la Türkiyə arasında münasibətlərin soyumasında başlıca amil olaraq qiymətləndirib.

“Münasibətlərimizdəki gərginliyin səbəbi qondarma "erməni soyqırımı"dır. Artıq bezdik. Hər dəfə 24 aprel gəldikdə, ABŞ nə deyəcək? İmkan verin bu işi tarixçilər görsün, antropoloqlar çalışsın. Bütün bu çalışmalardan sonra biz siyasətçilər olaraq, üzərimizə düşənləri edək. Ortada heç nə yox ikən, bu məsələni gündəmə gətirirsiniz.

İllər keçdi, "Minsk üçlüy"ü Azərbaycan - Ermənistan problemini həll edə bilmədi. "Minsk üçlüy"ü illərdir Qarabağ problemini həllə edə bilmədi. Sonda Azərbaycan öz göbəyini özü kəsdi”, - deyə prezident bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025