Lütvəli Şıxəliyev: “Ağdam öz möhtəşəmliyi ilə bütün dünyaya səs salacaq”
Tarix: 01-06-2021 | Saat: 11:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bu gün Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin mayın 28-də Ağdam şəhərinə etdiyi növbəti tarixi səfəri bu işlərin artıq yeni mərhələsinə start vermiş oldu. Ermənistan tərəfi bu gün də mina xəritələrini Azərbaycana təqdim etməməklə işğaldan azad edilmiş torpaqların əsl sahiblərinin öz dədə-baba yurdlarına qayıdışını əngəlləmək, mümkün qədər ləngitmək istəyir. Lakin bütün bunlar heç bir nəticə hasil etməyəcək əbəs səylərdir və nəticə etibarı ilə bu əməllər Ermənistanın hətta indikindən də daha acınacaqlı vəziyyətə düşməsinə səbəb ola bilər.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib.
Hakim partiyanın təmsilçisi bildirib ki, Prezident İlham Əliyevin Ağdama növbəti səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışı özündə Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların dünyada olan havadarlarına ünvanlanmış daha bir ciddi xəbərdarlıq mesajı da ehtiva etmiş oldu. Lütvəli Şıxəliyevin sözlərinə görə, Azərbaycanın dünya birliyi tərəfindən bir qalib ölkə və dünya siyasətinə təsir edə biləcək gücə sahib olan bir dövlət kimi qəbul edildiyi artıq danılmaz faktdır: “İlk növbədə qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin Ağdam ictimaiyyəti ilə keçirdiyi görüş zamanı etdiyi bu çıxışı da bütün digər çıxışları kimi, dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi ilə yadda qaldı. Dövlətimizin başçısı bir daha Azərbaycanın qalib ölkə olaraq Cənubi Qafqazda yeni reallıqlar yaratdığını, bu reallıqlar fonunda artıq yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı və birmənalı olaraq qeyd etdi ki, Azərbaycana heç bir ölkə, heç bir qüvvə təzyiq göstərə bilməz. Xüsusilə bu mesaj hələ də Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı əsassız bəyanatlar səsləndirən bəzi ölkələrə ünvanlanmışdı. Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən yararlanaraq hakimiyyətə gəlməyə calışırlar. Təbii ki, onların arasında öz məqsədləri naminə erməni xalqınım heysiyyatı ilə oynayaraq Qarabağı yenidən Ermənistana birləşdirmək kimi absurd və gülünc vədlər verənlər də var. Lakin reallıqlara belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü təmin edib. Bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın icrasında hər hansı əskiklik olarsa, Ermənistan daha da ağır duruma düşəcək. Dövlətimizin başçısı həmçinin Cənubi Qafqazda öz maraqlarını təmin etmək məqsədilə hələ də Azərbaycanın haqlı mövqeylərinə qarşı Ermənistanı dəstəkləyən, dövlətimizə hansısa yollarla təzyiq göstərməyin mümkün olduğunu düşünən bəzi ölkələrin səsləndirdikləri bəyanatların da heç bir əhəmiyyəti olmadığını çox dəqiqliklə vurğulamışdır: “Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq.” Həqiqətən də, əgər hansısa qüvvələr Ermənistanın gələcəyini, erməni xalqının rifahını düşünürlərsə, daha yaxşı olardı ki, onlar ilk növbədə bu ölkənin rəhbərlərini artıq konstruktiv addımlar atmağa sövq etsinlər. Məsələ bundadır ki, Ermənistan tərəfi hələ də Azərbaycana mina xəritələrini vermir, bundan imtina edir. Halbuki, dövlət başçımız onlarda belə xəritələrin olduğu barədə dəqiq məlumatın olduğunu demişdir. Ermənistan isə bu xəritələri verməməklə növbəti hərbi cinayət törətmiş olur. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Ermənistan rəhbərliyi bütün bunlara görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Digər tərəfdən isə, müxtəlif təxribatlara, düşmənçilik siyasətinə davam etməklə Ermənistan özünün bundan sonra da beynəlxalq regional layihələrdən kənarda qalmasını şərtləndirir. Bu isə, onsuz da acınacaqlı durumda olan bu ölkənin daha da miskinləşməsi deməkdir.”
Daha sonra Lütvəli Şıxəliyev qeyd edib ki, Ağdam şəhərinin təsdiq olunmuş Baş Planı özünün unikallığı ilə diqqəti cəlb edir və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin nə dərəcədə yüksək səviyyədə həyata keçirildiyindən, eləcə də bu işlərin bilavasitə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir: “Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelinə sahib olan ölkədir. Bu gün respublikamız əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin iqtisadi qüdrətinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. O cümlədən Azərbaycanın malik olduğu iqtisadi gücü imkan verir ki, bu gün işğaldan azad edilmiş ərazilərdə erməni vandalları tərəfindən tamamilə dğıdılmış şəhər və kəndlərimizi tamamilə yeni, müasir konsepsiyalar əsasında yenidən quraq. Ölkə Prezidenti cənab İlham Əliyevin may ayının 28-də Ağdama etdiyi səfəri zamanı bu şəhərin Baş Planı təsdiqlənib. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plandır. Həmçinin səfər zamanı Ağdam şəhəri 1 saylı məktəbin, Ağdam Sənaye Parkının təməli qoyulub. Eyni zamanda Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Dövlət başçısının gösərişi ilə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə artıq start verilib. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi yaradılması barədə qərar qəbul edilib. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı salınacaq. Süni göl yaradılacaq, kanallar, körpülər inşa olunacaq. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Qeyd etmək lazımdır ki, özündə ən müasir texnologiyaların tətbiqini ehtiva edən “ağıllı şəhər” konsepsiyası əsasında yaradılmış Ağdamın Baş Planı öz unikallığı ilə diqqəti cəlb edir. Əminliklə demək olar ki, yenidən qurulacaq Ağdam şəhəri heç yerdə analoqu olmayan bir cənnət diyarı kimi bütün dünyaya səs salacaq.”
Sonda Lütvəli Şıxəliyev dövlət başçısının Ağdama səfərinin məhz Respublika Günündə baş tutduğunun xüsusi önəm kəsb etdiyini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Respublika Gününü Ağdamda qeyd etməsi böyük rəmzi məna daşıyır. 28 may Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. 1918-ci ildə, məhz bu tarixdə Azərbaycan şərqdə ilk demokratik dövlətin yaradılmasını bəyan edib. Bu gün məhz Respublika Günündə Ağdama səfər edən dövlətimizin başçısı Azərbaycanın güclü və sözün əsl mənasında müstəqil bir dövlət olması barədə dünyaya yeni bir mesaj göndərmiş oldu. Eyni zamanda da bu səfər Azərbaycan xalqının öz tarixi torpaqlarına artıq əbədi qayıdışının daha bir göstəricisidir. Möhtərəm Prezidentimizin dediyi kimi, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-05-2025
09-05-2025