Mobil versiya
Sahibə Qafarova Pakistanda konfransa qatılacaq
Tarix: 01-06-2021 | Saat: 10:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova Pakistanda konfransa qatılacaq

Milli Məclisin (MM) Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gəlib.

MM-dən aia.az-a bildirilib ki, ölkənin paytaxtı İslamabadın “Nur Xan” hava limanında nümayəndə heyətimizi Pakistan Senatının Sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin Sədri xanım Şahdana Gulzar Xan, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri burada işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025