Müsəlman Şərqinin ilk demokratik Respublikası 103 yaşında
Tarix: 28-05-2021 | Saat: 16:55
Bölmə:Siyasət | çapa göndər

Bu gün Azərbaycan xalqı ölkəmizin tarixində xüsusi əhəmiyyətli günlərdən biri olan 28 May-Respublika gününü qeyd edir. Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ili tamam olur. Qürur hissi ilə deyə bilərik ki, Respublika günü bu il xüsusilə daha əlamətdar və coşğuludur. Çünki ötən illərdən fərqli olaraq bu il ilk dəfə 28 May - Respublika Günümüzü ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə qeyd edirik. Bunun hər bir azərbaycanlı üçün çox böyük əhəmiyyəti var. Məlumdur ki, 1991-ci ildə müstəqilliyimizi ikinci dəfə elan etdiyimiz ilk günlərdən etibarən ölkəmiz bir çox bəlalarla üzləşmiş, bir tərəfdən mənfur ermənilərin torpaqlarımıza təcavüzü, bir tərəfdən yarıtmaz ölkə rəhbərliyinin ölkə maraqlarından daha çox şəxsi maraqlarının təmin edilməsi istiqamətində atdığı addımlar, digər tərəfdən də ölkədəki vəziyyətin vətəndaş müharibəsi səviyyəsinə çatması ilə sınanmışdı. Əlbəttə ki, bunların hər biri onsuzda sağlam təməllərə sahib olmayan gənc respublikanın müstəqilliyinə təhlükə yaradırdı. Ancaq xoşbəxtlikdən Ulu Tanrı Azərbaycana onun xilaskar oğlu-Ümumilli liderimiz Heydər Əliyevi göndərdi. Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı içində olduğu o ümidsiz vəziyyətdən çıxartdı. Bugün Azərbaycan müstəqil dövlət kimi yaşayır və dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, inkişaf edir. Hazırda Azərbaycan Respublikasında ölkə başçımız İlham Əliyevin rəhbərliyi altında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər hər birimizdə qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Ancaq bu ilin bizim üçün əlamətdar olmasının ən böyük səbəbi əlbəttə ki, ərazi bütövlüyümüzün bərpasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq, şücaət, Vətənə sədaqət nümunəsi göstərərək canı-qanı bahasına torpaqlarımızı işğaldan azad etdi. Hər bir qarış Vətən torpağı üçün gözünü qırpmadan ölümə meydan oxudu. Bunun nəticəsidir ki, bugün Respublika günümüzü başımız dik və qürurla qarşılaya bilirik. Şübhəsiz ki, bunlarıın heç biri asanlıqla başa gəlmədi. Dövlət başçımız hakimiyyətə gəldiyi ilk gündən etibarən bütün müstəvilərdə ölkəmizin maraqlarının təmin olunması istiqamətində prinsipial və qətiyyətli mövqe nümayiş etdirdi. Siyasi müstəvidə, Ordu quruculuğunda və informasiya cəbhəsində əməli addımlar atıldı. Hər bir addım öncədən düşünülərək, gələcəyə hesablanaraq atıldı. Nəticədə cəmi 44 gün ərzində, minimum dərəcədə itkilər verilərək torpaqlarımız düşmən işğalından azad edildi. Azərbaycanın qələbəsi Cənubi Qafqaz regionunda tamamilə yeni bir mühitin yaranmasına və dünyanın siyasi xəritəsində Azərbaycanın rolunun artmasına gətirib çıxardı. Bugün Azərbaycan regionun lider dövlətidir və regionda atılan hər bir addım üçün Azərbaycanla hesablaşmaq ilk şərtdir. Beləliklə, indi Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclüdür. Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən,dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.
Məlumat üçün bildirək ki, bu il Respublika günümüzü 60-dan çox dövlətin rəhbərləri təbrik etmişdir. Bu təbriklər sırasına Amerika Birləşmiş Ştatlarının, Rusiya Federasiyasının, Çin Xalq Respublikasının, İtaliyanın, İranın, qardaş Türkiyə Cümhuriyyətinin və onlarla digər dövlətlərin nümayəndələri daxildir. Əlbəttə ki, bu, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Qeyd edək ki, təbrik məktubları içərisində Amerika Birləşmiş Ştatları Prezidentinin məktubu xüsusi diqqətə layiqdir. Məktub iki ölkə arasındakı münasibətlərinin inkişafının göstəricisidir. Bugün ABŞ və Azərbaycanın yaxşı əlaqələri mövcuddur və iki ölkə bir çox sahələrdə əməkdaşlıq edir. ABŞ-ın son dövrlərdəki bölgədəki aktivliyi də bizim üçün vacibdir. Ən azından ona görə ki, regionda davamlı sülhün təmin edilməsində ABŞ mühüm rol oynaya bilər. Qısa bir müddət öncə - 20 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində bu məsələ vurğulanmış və ölkə başçımız bildirmişdir ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ çox iş görə bilər. Çünki o, ilk növbədə, dünyada aparıcı ölkədir və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Buna görə də münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində ABŞ-ın səyləri tərəfimizdən yüksək qiymətləndiriləcək.
Beləliklə, sonda bir daha vurğulamaq istərdim ki, Cümhuriyyətimizin 103-cü il dönümü tariximizin ən əlamətdar dövrlərindən birinə təsadüf etdi. Azərbaycan xalqı üçün 28 May-Respublika gününün ərazi bütövlüyü bərpa olunmuş, torpaqları düşmən işğalından azad edilmiş və Cümhuriyyətin yadigarı olan şanlı bayrağının Şuşada, Ağdamda, Laçında və digər ərazilərimizdə dalğalandığı bir şəraitdə qeyd edilməsi heç bir müqayisəyə gəlməz böyüklükdə sevinc və qürurdur. Bugünü bizə yaşadan Ali Baş Komandanımıza, Müzəffər Ordumuza və izləri qəlblərimizdən heç zaman silinməyəcək əziz şəhidlərimizə minnətdarıq.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-05-2025
09-05-2025