Akif Məlikov: “May ayının 12-də Azərbaycan mədəniyyət sahəsində növbəti zəfərinə imza atdı”
Tarix: 24-05-2021 | Saat: 15:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ardı-arası kəsilmədən möhtəşəm qələbələrə imza atmaqdadır. Son 18 il ərzində ölkə iqtisadiyyatının sürətli inkişafı artıq özü-özlüyündə bir fenomenal təzahür idi. Digər tərəfdən də bu inkişaf Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun daha da yüksəlməsi və eyni zamanda da ölkəmizin öz hərbi qüdrətini artırması üçün əlverişli zəmin yaratdı. Dövlət başçımızın apardığı praqmatik və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan 17 il ərzində apardığı hazırlıqları ən yüksək səviyyədə başa çatdırdıqdan sonra cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz ərazilərini işğaldan azad etdi. Bunun məntiqi davamı olaraq, cəmi bir neçə gün sonra qələbəmiz siyasi-diplomatik müstəvidə öz təsdiqini aldı. May ayının 12-də isə Azərbaycan artıq mədəniyyət sahəsində növbəti zəfərinə imza ataraq işğaldan azad edilmiş qədim Şuşa şəhərində, ən önəmli tarixi məkanlardan olan Cıdır düzündə “Xarıbülbül” musiqi festivalını yüksək səviyyəfə keçirdi.” Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Akif Məlikov deyib.
Öz açıqlamasında Akif Məlikov bildirib ki, uzun illər sürən fasilədən sonra Şuşada “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi, Azərbaycanın bu qədim mədəniyyət beşiyinin yenidən öz doğmalarına və qonaqlarına qucaq açması bütün xalqımız üçün əsl incəsənət bayramı oldu: “Həqiqətən də 12 may tarixi artıq ölkəmiz üçün əlamətdar bir gün oldu. Uzun fasilədən sonra Şuşada “Xarıbülbül” festivalı keçirildi. Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, torpaqlarımız işğaldan azad olunandan sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Ali Baş Komandanımızın da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. “Xarıbülbül” festivalının diqqətəlayiq cəhətlərindən biri də budur ki, bu festival Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrini əhatə edir, musiqi mədəniyyətlərinin nümunələrini özündə əks etdirir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Öz çıxışında dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların öz payı vardır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, millətlər dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycanda mövcud olan milli birlik ən yüksək səviyyədədir və sarsılmazdır.”

Daha sonra Akif Məlikov Şuşada Yuxarı Gövhərağa məscidinin təmir olunmasını və orada bayram namazının qılınmasını xüsusi olaraq qeyd edib. Millət vəkili bildirib ki, Şuşada “Xarıbülbül” musiqi festivalının məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil və böyük mənəvi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, biz öz dini, milli, mənəvi köklərimizə son dərəcə bağlı olan bir xalqıq. Məhz elə bu bağlılıq da bizim üçün torpaqlarımızı işğaldan azad etəmkdə ən böyük stimul rolunu oynadı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tarixi Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. Torpaqlarımızın 20%-ni uzun illər ərzində işğal altında saxlayan erməni qəsbkarları 30 ildə bu ərazilərdə bir daşı belə daş üstünə qoymadılar. Hər zaman olduğu kimi, riyakar, yalançı xislətlərinə sadiq qalaraq bütün dünyaya Qarabağın erməni torpaqları olmasına dair uydurmalar yaymaqlarına rəğmən işğalçılar gec-tez bu yerlərdən getməli olacaqlarını hamıdan yaxşı bilirdilər. Buna görə də bütün bu illər ərzində onların işğal etdikləri ərazilərdəki bütün fəaliyyətləri yalnız talançılıq və soyğunçuluqdan ibarət olub. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl yaradıcı xalqın öz torpaqlarında necə davranmalı olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Vətən torpaqlarını işğaldan azad etdikdən dərhal sonra cənab İlham Əliyev artıq dövlətin başçısı kimi həmin ərazilərdə bərpa və quruculuq işlərinə başladı. Hələ beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada dövlət başçımızın göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa olundu. O vaxt məscidin açılışında möhtərəm Prezidentimiz demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Belə də oldu. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Gələn il bütün Azərbaycan Şuşanın 270 illiyini təntənə ilə qeyd edəcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, evlərimizi, məscidlərimizi dağıtsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 30 ilə yaxın əsarətdə qaldı, lakin əyilmədi, sınmadı, öz ləyaqətini və milli ruhunu qoruyub saxlaya bildi. “Xarıbülbül” musiqi festivalını keçirməklə Azərbaycan bir daha bütün dünyaya bəyan etdi ki, biz Şuşaya həmişəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.”
Abbas Abbasov
Elburus Bağırov
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-05-2025
09-05-2025