Mobil versiya
Fazil Mustafa bu rayonların birləşdirilməsini TƏKLİF ETDİ
Tarix: 21-05-2021 | Saat: 12:02
Bölmə:Siyasət | çapa göndər

Fazil Mustafa bu rayonların birləşdirilməsini

“Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbədən sonra bir sıra zəruri infrastruktur layihələri ilə bağlı addımlar atılır”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, amma əsas məsələ struktur dəyişikliyi ilə bağlı addım atılmasıdır: “Buna indi başlamalıyıq. Bir sıra rayonları birləşdirməliyik. Qarabağla bərabər, digər rayonlarda da buna gedilməlidir. İlk olaraq, buna Bakıdan başlamalıyıq. Məmurların sayı azaldılmalıdır. Rayonlarda bələdiyyələrin səlahiyyəti artırılmalıdır”.

Deputat qeyd edib ki, Şamaxı yolu üzərində Türk şəhidliyi var: “Ancaq yolun yenidən təmirindən sonra orada maşın saxlamağa yer saxlamayıblar. Buna bir çıxış yolu tapılmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025