Mobil versiya
YAP gənclərinin iştirakı ilə “Daha sağlam gələcək” adı altında vaksinasiya aksiyası həyata keçirilib
Tarix: 20-05-2021 | Saat: 16:24
Bölmə:Media | çapa göndər

YAP gənclərinin iştirakı ilə “Daha sağlam gələcək” adı altında vaksinasiya aksiyası həyata keçirilib

Ölkəmizdə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində insanların peyvənd edilməsi prosesi uğurla həyata keçirilir. Bu il yanvarın 18-dən etibarən həyata keçirilən aksiyada əhalinin demək olar ki, xeyli hissəsi vaksinin ikinci dozasını qəbul edib.

Mayın 20-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vaksinasiya aksiyası həyata keçirilib. TƏBİB-in səyyar briqadası tərəfindən təşkil olunan vaksinasiya aksiyasında könüllülük əsasında partiyanın 150-yə yaxın fəal üzvü iştirak edib. Tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sistemini gücləndirmək, eyni zamanda, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.

Qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə