Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı rəy hazırlayıb
Tarix: 19-05-2021 | Saat: 17:40
Bölmə:Media | çapa göndər
Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVİD-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq Kollegiya iclası keçirilib.
Palatadan verilən məlumata görə, kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılmış, nəticə və tövsiyyələr verilib.
Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025