Mobil versiya
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Tarix: 18-05-2021 | Saat: 16:56
Bölmə:Siyasət | çapa göndər

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir -

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

aia.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Nazirlik bildirib ki, Moskva hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmasları dəstəkləyir:

"Biz Azərbaycanla Ermənistan arasında sərhədyanı insidentlə bağlı yaranmış vəziyyəti diqqətlə izləməkdə davam edirik. Rusiya tərəfi ali və yüksək səviyyələrdə müntəzəm təmaslar çərçivəsində Bakı və Yerevana gərginliyin azaldılmasında kömək göstərir. Ölkələrimizin hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmaslar yaradılır".

Bəyanatda qeyd olunur ki, Rusiya atəşkəs rejiminə əməl olunmasının, eləcə də 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatın müddəalarını icra etməyin zərurətini təsdiq edir:

"Hesab edirik ki, bu cür insidentlər danışıqlar yolu ilə həll edilməlidir. Bunun uzunmüddətli həlli kimi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasını görürük".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025