Mobil versiya
Allahverən Əliyev: “Azərbaycan tolerantlıq və multikulturalizmin ən yüksək səviyyədə mövcud olduğu ölkədir”
Tarix: 16-05-2021 | Saat: 17:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Allahverən Əliyev: “Azərbaycan tolerantlıq və multikulturalizmin ən yüksək səviyyədə mövcud olduğu ölkədir”

“Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxış etməsi də Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitinin ən bariz göstərilərindən biri oldu.” Bu sözləri mətbuata açıqlamasında YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev deyib.

Hakim partiyanın təmsilçisi bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, millətlər dostluq, qardaşlıq və həmrəylik şəraitində yaşayırlar və bu, 44 günlük müharibənin gedişində bir daha öz təsdiqini tapdı: “12 may tarixi artıq ölkəmiz üçün həqiqətən də əlamətdar bir gün oldu. Uzun fasilədən sonra Şuşada, hər birimiz üçün müqəddəs olan Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi. Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları və qanları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Ali Baş Komandanımızın da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın, ölkəmizdə yaşayan bütün millətlərin birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. “Xarıbülbül” festivalının diqqətəlayiq cəhətlərindən biri də budur ki, bu festival Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrini əhatə edir, musiqi mədəniyyətlərinin nümunələrini özündə əks etdirir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Öz çıxışında dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların öz payı vardır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, millətlər dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycanda mövcud olan milli birlik ən yüksək səviyyədədir və sarsılmazdır.”

Həmçini Allahverən Əliyev bunu da vurğulayıb ki, “Xarıbülbül” musiqi festivalının məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük mənəvi əhəmiyyət kəsb edir: “Şuşada Yuxarı Gövhərağa məscidində təmirdən sonra bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir. Əlbəttə ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, bununla biz bütün dünyaya göstərmiş olduq ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əgər bu belə olmasaydı biz heç vaxt işğal altında olan torpaqlarımızı azad edə və həmin torpaqlara, öz əzəli və əbədi dədə-baba yurdumuza qayıda biməzdik. Biz bu möhtəşəm gün otuz il gözlədik. Nəhayət ki, keçən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu arzusunu həyata keçirdi və eyni zamanda da gələcək nəsillər qarşısında müqəddəs borcunu yerinə yetirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Zəfər çaldı, düşməni məhv edərək öz torpaqlarını işğaldan azad etdi. May ayının Şuşada keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalı da bir daha onu göstərdi ki, biz Şuşaya həmişəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Artıq neçə müddətdir ki, Şuşada bərpa işləri başlayıb. Möhtərəm dövlət başçımız “Xarıbülbül” festivalının gedişində bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan önəmli mesaj verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.” Bəli, yaxşı olardı ki, beynəlxalq təşkilatların mötəbər kürsülərindən tez-tez demokratiyadan, insan haqlarından bəhs edən, əməli işə gəlincə isə ikili standartlar prinsipindən əl çəkə bilməyən bəzi dövlətlər də bu xüsusda Azərbaycandan örnək alsınlar. Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı Şuşaya və işğaldan azad etdiyi bütün torpaqlarına əbədi olaraq qayıdıb. Bu qayıdış artıq günümüzün reallığıdır və bu reallığı bütün dünya olduğu kimi qəbul etmək məcburiyyətindədir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025