AZ RU Mobil versiya
YAP Sabirabad rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan videokonfrans keçirilib - FOTOLAR
Tarix: 08-05-2021 | Saat: 17:58
Bölmə:Siyasət | çapa göndər

YAP Sabirabad rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan videokonfrans keçirilib


08 May 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Azərbaycan xalqının xilaskarı Heydər Əliyev-98" mövzusunda videokonfrans keçirib.

Tədbirdən əvvəl rayon təşkilatının bir qrup əməkdaşı Ulu Öndər Heydər Əliyevin Sabirabad rayonunda yerləşən abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirə giriş nitqi ilə başlayan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva qonaqları salamlamış və tədbir iştirakçılarından əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini rica etmişdir. Sonra Məleykə Ağayeva qeyd etmişdir ki, Azərbaycan Respublikasının ümummilli lideri ,bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin bu gün 98- yaşı tamam olur.
Heydər Əliyev 1923-cü il may ayınn 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində təhsil almış, lakin başlanan müharibə Ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifələrində işləmiş və 1944-cü ildə Dövlət Təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən Təhlükəsizlik orqanları sistemin də çalışan Heydər Əliyev 1964-cu ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin birinci müavini, 1967-c ildən isə sədr vəzifəsində işləmiş general-mayor rübəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Lelinqrand(indiki Sant-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrünə uyğun olaraq respublikanın rəhbəri olmuşdur.

Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində hətta Qərb miqyasında sözünün gücü olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı.

Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin taririxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırıldılar.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Ulu Öndərin imzaladığı “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın neft strategiyasının və xalqımınzın bu günkü firavan həyatının əsasını qoymuşdur.Bu siyasətin icraçısı ulu öndərimzin layiqli siyasi varisi, hörmətli Prezidentimiz Cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahədə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamı qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, onun memarı olduğu müstəqil Azərbayacanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun səyasində 2020-ci ildə 44 günlük müharibədə qazandığımız şanlı Zəfər qələbəmiz bunun bariz nümunəsidir.

Daha sonra Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibəti ilə bir qrup Partiya fəalları Fəxri Fərmanla təltif olunmuşdur. Sonda isə iştirakçılara YAP Sabirabad rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx təqdim olundu.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi

5244 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021