Mobil versiya
Qəlblərdə əbədi yaşayan Ümummili Liderimiz Heydər Əliyev
Tarix: 07-05-2021 | Saat: 15:30
Bölmə:Siyasət | çapa göndər

Qəlblərdə əbədi yaşayan Ümummili Liderimiz Heydər Əliyev


Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra heç kəsin görə bilməyəcəyi işləri qısa zaman kəsiyində yerinə yetirdi. Müharibədə atəşkəsə nail olundu, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, xaos və anarxiyaya son qoyuldu, möhkəm və dönməz sabitlik yaradıldı, Azərbaycan ümummilli böhrandan çıxarıldı. Ölkəyə xaricdən və daxildən bəd niyyətli, məkrli əllərin uzandığı bir vaxtda qayda-qanun bərpa edildi, sabitlik və əmin-amanlıq yaratdı,islahatlar apardı, iqtisadi dönüşə və dirçəlişə nail oldu.Heydər Əliyev zəkası və əzmi, qətiyyət və iradəsi sayəsində az vaxtda Azərbaycan bir dövlət kimi məhvolmadan,böhran və xaosdan qurtula bildi.

1993- cü ilin 15 İyun günü tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu,siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı.1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə “Əsrin Müqaviləsi”adlanan neft kontraktı imzalandı.Belə mühüm müqavilənin imzalanması bir tərəfdən ölkədə yaranmış uzunmüddətli ictimai-siyasi sabitliyin göstəricisi idisə,digər tərəfdən beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun Layiqli Davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.Ən başlıcası Heydər Əliyev irsi,Dahi Rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib.Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə nail olunacaq.Azərbaycan bütün sahələrdə inkişaf edir,beynəlxalq layihələrin iştirakçısıdır,möhkəm və hüquqi dövlətçilik strategiyasına malikdir.Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfəri,iki il sonra Naxçıvanda baş verən uğurlu Günnüt əməliyyatı və 44 günlük Vətən müharibəsi bir həqiqəti sübuta yetirdi ki,müasir dövrdə hərbi sahədə qazanılan uğurlarımızın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan ordu quruculuğu strategiyasının məntiqi davamıdır.Həqiqətən də Ulu Öndərin müasir ordumuzun formalaşması istiqamətində başlatdığı hərtərəfli islahatlar onun siyasi məktəbinin layiqli yetirməsi olan Cənab Prezidentimiz,Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Artıq böyük fəxrlə deyə bilərik ki,müasir Azərbaycan Ordusu Vətənimizin müstəqilliyini və ərazi bütövlüyünün etibarlı dayağıdır.

Uzaqgörən Rəhbərin o dövrdə gördüyü mühüm işlərdən biri də ölkəmizin sonrakı taleyində və inkişafında mühüm rol oynayan yüzlərlə Azərbaycan gəncini oxumaq üçün keçmiş sovetlər İttifaqının ən güclü ali məktəblərinə göndərməsi idi.Həmin kadrlar Azərbaycanın inkişafına öz töhfələrini vermiş və verməkdədirlər.Bu baxımdan hərbi kadrları xüsusi qeyd etmək lazımdır.

Ulu Öndər Heydər Əliyevin gördüyü işlər bununla bitmir.Ümummilli Liderimiz bazar iqtisadiyyatı prinsiplərinin işlənməsinə əlverişli şərait yaradan yeni qurum və təsisatlar təşkil edərək Azərbaycanın bazar iqtisadiyyatı prinsiplərinə keçidinə nail oldu.Ölkədə möhkəm və dönməz sabitliyin yaradılmasını təmin etdi.Sahibkarlıq fəaliyyətinin qanunlarla tənzimlənməsi məsələsi öz həllini tapdı.Azərbaycana dünyanın aparıcı dövlətləri və şirkətləri tərəfindən böyük miqdarda xarici sərmayənin qoyulmasına şərait yaratdı.

Bundan başqa Ulu Öndərimiz qaçqın və məcburi köçkünlərin sistemli şəkildə yerləşdirilməsini,daim dövlət qayğısı ilə əhatə olunmasını nizama saldı.Müvafiq qanunçuluq bazası yaradılmaqla qaçqın və məcburi köçkünlər dövlət himayəsinə alındılar,onlara yardım göstərilməsinə başlandı.Həmçinin Heydər Əliyev mətbuat və söz azadlığını daim diqqət mərkəzində saxladı,nəticədə isə 6 avqust 1998 ci-ildə mətbuata senzura nəzarətini ləğv edərək KİV-nin mənəvi intibahını yaratdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını,millətini və bütövlükdə,vətənimizi bəlalardan qurtardığı və Azərbaycanın sürətlə inkişafı üçün gördüyü yüksək səviyyəli işlərə görə xalqımız ona borcludur.Ulu Öndər Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə,yaddaşlarda əbədi yaşayır.O,bizim üçün həmişə əziz olub,əziz olaraq da qalacaqdır. Azərbaycanı inkişaf etdirən,ona beynəlxalq aləmdə nüfuz qazandıran Ümummilli Lider Heydər Əliyev irsi uğurlu sabahımızın,xoşbəxt gələcəyimizin təminatçısıdır.



Elsevər Umudov
YAP üzvü, Saatlı rayonu, Azadkənd kəndi
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024