AZ RU Mobil versiya
Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif etdi
Tarix: 04-05-2021 | Saat: 11:59
Bölmə:Siyasət | çapa göndər

Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif etdi

Milli Məclisin iclasında deputat Zahid Oruc Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edib.

Oxu.Az-ın xəbərinə görə, Z.Oruc təklif edib ki, qurum Qayıdış və Quruculuq Komitəsi adlanmalıdır.

“Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq”, - deyə deputat bildirib.

Deputat Qarabağın Azərbaycanlı İcmasının ləğvi məsələsinə də toxunub:

“Bu, iki mesajın dünyaya verilməsidir: birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək. Onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub, yaşaya bilərlər. İkincisi, Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır”.

O bildirib ki, Minsk Qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi - Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

575 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021