Mobil versiya
Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib - Çavuşoğlu
Tarix: 04-05-2021 | Saat: 07:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib - Çavuşoğlu

Türkiyə Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasını vacib sayır.

AİA.Az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyalı həmkarı Nəclə Manquş ilə Tripolidə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir deyib: "Biz Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasına böyük əhəmiyyət veririk".

M. Çavuşoğlu xatırladıb ki, Türkiyə hər zaman çətin anlarda Liviya xalqını və qanuni seçilmiş hökumətlərini dəstəkləyib.

Türk diplomatiyasının başçısı danışıqlar zamanı Türkiyə və Liviya xarici işlər nazirlərinin iqtisadi əməkdaşlıq, Liviya iqtisadiyyatına yatırımlar və ikitərəfli ticarət əlaqələri mövzusuna toxunduqlarını və ayrıca türk özəl sektorunun Liviyaya dönməsini müzakirə etdiklərini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024