Mobil versiya
Sumqayıt daha bir oğlunu şəhid verdi.
Tarix: 21-04-2016 | Saat: 11:52
Bölmə:Gündəm | çapa göndər

Sumqayıt daha bir oğlunu şəhid verdi.
Aprelin 20-də Sumqayıt şəhər sakinləri daha bir şəhid övladını son mənzilə yola saldı. 1987-ci il təvəllüdlü, kiçik gizir Seymur Qulamhüseyn oğlu Baxışov Tərtərdə gedən döyüşlərdə şəhid olub. Cənazəsi bir müddət idi düşmən əlində idi. Dünən təmas xəttində meyidi bizim tərəfə verilib. Deyilən məlumatlara əsasən hücum zamanı kiçik gizirimiz minaya düşüb. Qeyd edək ki şəhid Sumqayıt şəhər 14 saylı orta məktəbin məzunudur. O, Sumqayıt şəhəri 4-cü mikrorayon 24-8 saylı binada yaşayıb. Şəhid bu gün saat 11:00 radələrində böyük izdihamın müşayəti ilə Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024