Mobil versiya
Fəxrəddin Vəliyev: “ABŞ prezidentinin səsləndirdiyi ifadələr tarixi həqiqətləri təhrif edir”
Tarix: 28-04-2021 | Saat: 16:58
Bölmə:Siyasət | çapa göndər

Fəxrəddin Vəliyev: “ABŞ prezidentinin səsləndirdiyi ifadələr tarixi həqiqətləri təhrif edir”

“1915-ci il hadisələri ilə bağlı ABŞ prezidenti Cozef Baydenin aprelin 24-də ifadə etdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır. Bir vaxtlar erməni terrorizminə haqq qazandırmaq məqsədilə ortaya atılmış “erməni soyqrımı” ifadəsini ABŞ kimi nüfuzlu bir dövlətin başçısının dilindən eşitmək isə son dərəcə məyusedicidir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib. ABŞ prezidentinin 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlətməklə daha arzuolunmaz tendensiyalara yol aça biləcəyini vurğulayan Fəxrəddin Vəliyev, bu əsasda qardaş Türkiyənin NATO üzrə münasibətlərini yenidən nəzərdən keçirə biləcəyini də istisna etməyib: “ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib. Sonra isə 78 yaşlı prezident bildirib ki, bu ifadəni kimisə günahlandırmaq üçün yox, faciələrin təkrarlanmaması üçün işlədir. C.Bayden NATO üzrə çox güclü müttəfiqi olan Türkiyəni həddindən çox qəzəbləndirməmək üçün bu cür yumşaq və ehtiyatlı ifadələr işlətməyə çalışsa da, faktiki olaraq neqativ münasibətini ortaya qoymaqla böyük bir ədalətsizliyə yol vermiş və bununla da Yaxın və Orta Şərq regionundakı ən önəmli strateji müttəfiqi ilə münasibətlərini aşkar risk altına qoymuşdur. Yaranmış vəziyyətdə qardaş Türkiyənin bu məsələyə sərt təpki verəcəyi heç bir şübhə doğurmur. Hadisələrin bəlli bir gedişində isə Türkiyə NATO üzrə münasibətlərini yenidən nəzərdən keçirə də bilər.”

Daha sonra Fəxrəddin Vəliyev ABŞ rəhbərliyini erməni uydurmalarına deyil, əsl Azərbaycan həqiqətlərinə daha çox diqqət etməyə çağırıb. YAP təşkilat sədri bildirib ki, “Ağ Ev”in sahibi müstəqil siyasət yürüdən Türkiyəyə qarşı bu kimi siyasi təzyiq vasitələri tətbiq etməklə öz xalqının maraqlarını da zərbə altına qoyur: “Əfsuslar olsun ki, erməni uydurmalarını həqiqət kimi qəbul edib tarixdə heç vaxt olmayan qondarma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ prezidenti 30 il əvvəl real həyatda baş vermiş dəhşətli faciəni - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqrımı unudur. Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar. Saysız-hesabsız tarixi sənədlərlə təsdiq olunan bu faktlar qarşısında erməni millətçilərinin uzun illərdir ki, Osmanlı İmperiyasının varisi olan Türkiyəyə qarşı əsassız “soyqırımı” iddiaları absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırımı” sayıqlamasının indi də şişirdilərək ABŞ prezidenti tərəfindən rəsmi bəyanatda səsləndirilməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil. ABŞ siyasəti üçün bu utancverici və düşüncəsiz bəyanat C.Baydenin erməni lobbisi ilə seçki kampaniyası üçün siyasi bazarlığının rüsvayçı nəticəsidir. Həmçinin günbəgün güclənən, öz milli maraqlarını hər şeydən üstün tutan, “idarə olunmayan” Türkiyəyə qarşı siyasi təzyiqdir.

“Soyqırımı”na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarışı dəfələrlə qətilamlar, soyqırımları, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırım qurbanlarına aid olduğu təsdiqlənmişdir. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Tarixi hadisələr faktlarla sübut edir ki, dünyada erməni yalanlarına bizim qədər bələd olan ikinci ölkə yoxdur. Bu mənada Türkiyəyə qarşı yönəlmiş hər hansı bir addım bizə qarşı yönəlmiş təhdiddir. Türkiyəni tam dəstəkləyirik və bütün istiqamətlər üzrə qardaşlıq missiyamızı yerinə yetirəcəyik. Qeyri-real hadisələrin araşdırılmadan, faktlara əsaslanmadan “erməni soyqırımı” kimi Cozef Bayden tərəfindən təqdim edilməsini qınayır və qubuledilməz hesab edirik.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024