Gündüz Bayramov: “Co Baydenin açıqlamaları Cənubi Qafqazda sülün möhkəmləndirilməsi işini əngəlləyə bilər”
Tarix: 26-04-2021 | Saat: 17:16
Bölmə:Siyasət | çapa göndər

“ABŞ prezidenti Co Bayden mahiyyətindən belə xəbərdar olmadığı 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmaqla yaxın və orta şərq regionunda ən önəmli strateji müttəfiqi olan Türkiyə ilə əlaqələrinə ciddi zərbə vurmuş oldu. Tarixin saxtalaşdırılmasına yönəldilmiş bu addım heç şübhəsiz erməni lobbisinin təsiri altında atılıb və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra Ermənistanda hakimiyyətə can atan bəzi qüvvələrin revanşizm guruhu üzərindən həyata keçirməyə çalışdıqları planlarını dəstəkləməyə hesablanıb."
Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib. Təşkilat sədri qeyd edib ki, Baydenin bu əsassız və məsuliyyətsiz bəyanatı ilk növbədə ABŞ dövlətinin öz maraqlarına qətiyyən uyğun deyil: “ABŞ prezidentinin heç bir tarixi əsası olmayan bu bəyanatı birmənalı olaraq erməni lobbisinin və müəyyən ermənipərəst qüvvələrin təsiri altında verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu, tarixi səhvdir. Böyük ehtimalla müəyyən qüvvələr qardaş Türkiyənin bölgədə tamamilə müstəqil siyasət yürüdərək qısa müddət ərzində özünü güclü regional oyunçu kimi təsdiq etməsindən bərk narahat olublar. Məhz bu səbəbdən də bu kimi bəyanatlarla Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi əldə etməyə çalışırlar. Əlbəttə ki, ABŞ hökumətinin özünü bu qüvvələrin iradəsinə tabe etməsi təəssüf doğurmaya bilməz. Lakin yaranmış vəziyyətdə ən çox ziyan çəkən tərəfin də məhz ABŞ olacağı ehtimalı çox böyükdür. Məsələ bundadır ki, ABŞ öz dövlət başçısının bu məsuliyyətsiz bəyanatı hesabına çox güclü və etibarlı tərəfdaşlarından birini itirə bilər. Məlumdur ki, Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Amma anlaşılan budur ki, ABŞ-ın siyasi elitasında yer alan və mövcud reallığı düzgün qiymətləndirə bilməyən bəzi dairələr ermənipərəst qüvvələrin iradəsini gerçəkləşdirmək naminə hətta öz ölkələrinin milli maraqlarını da arxa plana çəkməyi gözə almağa hazırdırlar.”
Həmçinin Gündüz Bayramov Co Baydenin bu bəyanatının Ermənistanda gedən siyasi proseslərə və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi işinə də ciddi təsirlərinin olma ehtimalının yüksək olduğunu vurğulayıb: “ABŞ prezidentinin bu bəyanatı sözsüz ki, Ermənistanda hakimiyyətə can atan bəlli qüvvələrin cəmiyyətdə məhz revanşizm əhval-ruhiyyəsini qızışdırmaqla nəyəsə nail olmağa cəhd göstərmələrinə də zəmin yaradır. Təbii ki, bu açıqlamalar mahiyyət etibarilə Cənubi Qafqazda regional əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə bilər. Məlumdur ki, son dövrlərdə Vətən müharibəsinin başa çatması ilə artıqregionda Türkiyənin də fəal iştirakı ilə bütün kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və yenidən qurulması istiqamətində bəzi ciddi addımlar atılmağa başlamışdı. O cümlədən Azərbaycan tərəfindən bu istiqamətdə çox ciddi təşəbbüslər irəli sürülmüşdü. Lakin Baydenin açıqlaması artıq Ermənistanda siyasi mühitin kəskin şəkildə dəyişməsinə, revanşizm kimi puç ideyaların daha geniş yayılmasına və nəticə etibarı ilə qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüslərinə müqavimətin güclənməsinə səbəb ola bilər. Bu isə əlbəttə ki, ilk növbədə Ermənistanın özü üçün və sonra da bütün region üçün arzuolunan hal deyil.”
Sonda Gündüz Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olacağına dair nə Azərbaycan, nə də Türkiyə cəmiyyətlərində heç bir şübhənin olmadığına dair əminliyini ifadə edib: “Əlbəttə ki, ABŞ dövlət başçısının belə bir açıqlama verməzdən öncə heç olmasa öz ölkə tarixinin II dünya müharibəsini əhatə edən dövrünü bir daha gözdən keçirməyi daha məqsədəuyğun olardı. Ən azından Xirosima və Naqasakiyə atılmış atom bombalarının bu iki şəhərdə neçə yüz min insanın, mülki vətəndaşın qətlə yetirdiyini, eləcə də bombardmandan sonra uzun illər boyunca on minlərlə körpənin dünyaya şikəst gəlmələrini düşünmək bəlkə də əsl soyqırımının nə demək olduğu barədə insanda daha aydın təsəvvür yarada bilər. Amma bütün bu baş verənlərin bir önəmi də yaranmış vəziyyətdə bütün dost və düşmənlərin əsl simalarının bir daha özünü göstərməsindədir. Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Co Baydenin bu yanaşmasını tarixi səhv adlandırması da Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ən bariz ifadəsidir.”
Abbas Abbasov
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-05-2025
09-05-2025