AZ RU Mobil versiya
Səməd Seyidov: “Erməni deputatlar qisas almağa cəhd göstərirlər”
Tarix: 20-04-2021 | Saat: 15:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səməd Seyidov:

“Biz AŞPA-nın sülh deyil, müharibə haqqında fikirləşənlərin əlində alət olmasını istəmirik”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyasında “Avropa Şurasının strateji prioritetlərinə baxış” alı qətnamə layihəsinə həsr olunmuş müzakirələr zamanı bildirib.

“Avropa Şurasının prioritetlərini və fəaliyyətlərimizi müəyyən etməyin vaxtı çatıb. Biz yalnız müzakirələr aparmaqla kifayətlənməməliyik, biz ölkələri dəstəkləməliyik. AŞPA-dan başqa məqsədlər üçün istifadə olunmamalıdır. Mənim erməni həmkarlarım AŞPA-dan öz siyasi məqsədləri üçün bir alət kimi istifadə etməyə çalışırlar. Biz nəticələr əldə etməyə çalışmalıyıq. Biz sülhə çalışırıq. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən isə qisas almaq cəhdləri müşahidə edilir. Biz bu mentaliteti dəyişməliyik”, - o deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

586 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2021
07-05-2021