Mobil versiya
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Tarix: 20-04-2021 | Saat: 12:44
Bölmə:İqtisadiyyat | çapa göndər

Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir –

Rumıniya və Azərbaycan ikitərəfli ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir.

Bunu Trend-ə Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hər iki dövlət daha çox fəallıq nümayiş etdirməli, Azərbaycan və Rumıniya şirkətlərinə yeni biznes imkanlardan istifadə etməsinə kömək göstərməlidir:

"İşgüzar dairələrimiz başa düşməlidir ki, həm Rumıniyanın, həm də Azərbaycanın iqtisadiyyatı son illərdə daha kompleks hal alıb. Məsələn, Rumıniya indi güclü, çoxşaxəli istehsal və sənaye bazasına malikdir və geniş spektrdə rəqabətqabiliyyətli məhsul və xidmətlər təklif edə bilər. Bunlarla Azərbaycanın bəzi tələblərini qarşılamaq olar".

Nazirlik nümayəndəsi bildirib ki, Azərbaycan iqtisadiyyatı şaxələnir və uzunmüddətli perspektivdə ölkənin qeyri-neft ixrac artacaq. Bu isə Rumıniya kimi yeni bazar axtarışları üçün yaxşı səbəbdir:

"Bizim ticarət münasibətlərində istifadə olunmamış potensialı mövcuddur, bizim üçün uzunmüddətli yanaşma və planlaşdırma lazımdır ki, satılan məhsulların çeşidini dayanıqlı şəkildə artırmaq mümkün olsun".

Nazirlikdən əlavə ediblər ki, SOCAR-ın Rumıniyada fəaliyyəti, xidmətlərin keyfiyyət standartı istehlakçılar tərəfindən yüksək qiymətləndirilib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024