AZ RU Mobil versiya
Səməd Seyidov AŞPA-nı ittiham etdi
Tarix: 19-04-2021 | Saat: 15:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səməd Seyidov AŞPA-nı ittiham etdi

“AŞPA-da Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına zərər vurmağa çalışanlar var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yaz sessiyasında çıxışı zamanı bildirib.

“Biz AŞPA səviyyəsində ölkələrlə dialoq qurmalıyıq. Yəni ölkələrdən yox, ölkələrlə danışmalıyıq. AŞPA-da bəzi mövzuları müzakirə etməklə səhv istiqamətləndirmək cəhdləri var. Erməni "hərbi əsirlər"lə bağlı məsələni, bu mövzunun detallarını bilmədən AŞPA-da müzakirəyə çıxarmaq cəhdi yalnız iki ölkə arasındakı sülh prosesinə zərər gətirə bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5104 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2021
07-05-2021