AZ RU Mobil versiya
YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı tədbir keçirildi - FOTOLAR
Tarix: 16-04-2021 | Saat: 16:28
Bölmə:Aktual | çapa göndər

YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı tədbir keçirildi

16.04.2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı videokonfrans keçirildi.Tədbirdə YAP Samux rayon təşkilatında Gənclər Birliyi və Qadınlar Şurasının üzvləri iştirak etdi.YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov giriş sözlərimilə tədbiri açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, Samux rayonunda da böyük ruh yüksəkliyinə səbəb olub. Prezident İlham Əliyevin bu Sərəncamı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdi.Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova qeyd etdi ki, Prezident İlham Əliyevə görə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qoruya bilək.

YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşid Şabanov çıxış edərək vurğuladı ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.

Sonra tədbirdə çıxış edən Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri Şəhla Abdullayeva, Şəlalə Tağıyeva, Jalə Namazova, Gülmira Nəbiyeva, Ramilə Həsənova və Mafizə Məmmədova çıxışlarında qeyd etdilər ki, Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Natiqlər həmçinin Nizami şerlərində işlənən fars dilində olan Azərbaycan sözlərindən ətraflı bəhs etdilər.Onlar Nizami Gəncəvinin əsərlərindən nümunələr gətirərək tədbiri daha da maraqlı etdilər.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi

6148 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2021
07-05-2021