Mobil versiya
Mehdi Balabəyov: “Sosial dəstək paketinin reallaşdırılmasında dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır”
Tarix: 12-04-2021 | Saat: 17:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mehdi Balabəyov: “Sosial dəstək paketinin reallaşdırılmasında dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır”

“Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanında olub. Bu gün də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlətimiz tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Onların bütün maddi və mənəvi problemlərinin həlli bir nömrəli vəzifə olaraq qarşıya qoyulur. Bu insanlara maddi dəstək göstərilir, mənzilə ehtiyacı olanlar mənzillərlə və ya fərdi evlərlə təmin edilirlər.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib. Təşkilat sədri Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş mülki əhalinin də dövlətimizin qayğısı ilə maksimum əhatə olunduğunu bildirib. Mehdi Balabəyov dəymiş ziyanın ödənilməsi prosesinin dövlətin tam nəzarətində olduğunu vurğulayıb: “Məlum olduğu kimi, Ermənistanın silahlı qüvvələri hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan ərazisində mülki obyektləri, yaşayış binalarını hədəfə alırdılar. Bu hərbi cinayət əməllərinin nəticəsində hətta cəbhə bölgəsindən çox uzaqda yerləşən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə dinc insanlarımız öz həyatlarını itirmiş, əhaliyə böyük məbləğlərdə maddi ziyan dəymişdir. Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi Azərbaycan dövlətinin tam nəzarətindədir. Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.”

Həmçinin Mehdi Balabəyov sosial dəstək proqramlarının reallaşdırılmasında dövlətin institusional təşəbbüslərinin vacib rol oynadığını qeyd edib: “Heç şübhəsiz institusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur. Eyni zamanda da sosial dəstək paketinin reallaşdırılmasında dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır. O cümlədən, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Ümumiyyətlə Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqaməti olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.”

Daha sonra “YAŞAT” Fondundan bəhs edən Mehdi Balabəyov deyib ki, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində bu qurumun rolu müstəsna əhəmiyyət kəsb edir: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Birmənalı olaraq demək azımdır ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir.”

Murad Əsədov
Sənan Əliyev
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025