Mobil versiya
Azərbaycanın diaspor rəhbərinin qətlində şübhəli bilinən ermənilərin məhkəməsi başladı
Tarix: 19-04-2016 | Saat: 15:54
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın diaspor rəhbərinin qətlində şübhəli bilinən ermənilərin məhkəməsi başladı





Ukraynanın Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətli ilə bağlı istintaq yekunlaşıb.

Milli.Az bildirir ki, İ.Tağıyevin oğlu Sərxan Tağıyev APA-ya deyib ki, milliyyətcə erməni olan iki təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb. S.Tağıyev artıq ilk iclasın keçirildiyini, iş üzrə Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Sergey Karapetyan və Ukrayna vətəndaşı, 1980-ci il təvəllüdlü Xaçik Montiyanın təqsirli bilindiyini deyib.

İlk iclasdan sora işə baxan hakimin gözlənilmədən dəyişdirildiyini qeyd edən S.Tağıyev növbəti iclasın yeni hakimin sədrliyi ilə yaxın günlərdə keçiriləcəyini bildirib.

Hər iki erməni Ukraynada aktiv erməni diaspor nümayəndəsi sayılır.

Qeyd edək ki, İlham Tağıyev ötən ilin avqust 17-də Xerson şəhərində evinin qarşısında döyülərək qətlə yetirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024