Mobil versiya
Maksim Şevçenko: “Qarabağı Azərbaycanın hesab etmirlər? Bacarırlarsa, statusu dəyişməyə cəhd etsinlər”
Tarix: 06-04-2021 | Saat: 16:00
Bölmə:Siyasət | çapa göndər

Maksim Şevçenko:

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Qarabağın heç bir statusda Azərbaycanın bir hissəsi ola bilməyəcəyi barədə İrəvanda yayılan fikirlərə aydınlıq gətirib.

O, Caliber.Az-a verdiyi müsahibədə bunları boş söhbət adlandırıb:

“Bu, daxili auditoriya üçün nəzərdə tutulmuş mənasız söhbət kimi qəbul edilməlidir. Deyirlər, Qarabağ heç bir statusla Azərbaycanın bir hissəsi olmayacaq? Bacarırlarsa, bu seçimi dəyişdirməyə çalışsınlar (gülür - red.)”.

Şevçenko İrəvanda Qarabağla bağlı yayılan “ən vacib prinsip xalqın öz müqəddəratını təyinetmə hüququdur” mesajına da fikir bildirib:

“Bəs bu prinsip niyə yalnız erməni xalqına aiddir, azərbaycanlılar niyə unudulub? Vudro Vilsonun manifestində (1918-ci ildə ABŞ Prezidenti Vudro Vilson millətlərin öz müqəddəratını təyinetmə hüququnu da özündə cəmləşdirən “On dörd Nöqtə və Dörd Prinsip”i ABŞ Konqresinə təqdim edib - red.) söhbət xalqların öz müqəddəratlarını təyinetmə hüququndan yox, millətlərin hüququndan gedirdi. Millət isə xalq deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə