Mobil versiya
Hafis Bəşirov: “Zəngəzur bütün türk dünyasını birləşdirəcək”
Tarix: 05-04-2021 | Saat: 16:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hafis Bəşirov: “Zəngəzur bütün türk dünyasını birləşdirəcək”


“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə əldə olunan nailiyyətlərin böyük əhəmiyyətini nümayiş etdirdi.” Bu sözləri öz müsahibəsində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib.

İlk növbədə Azərbaycanın öz torpaqlarını yalnız müharibə yolu ilə azad etməkdən başqa heç bir seçiminin olmadığını vurğulayan təşkilat sədri bildirib ki, məhz rəsmi İrəvanın işğalçı siyasəti və ardıcıl provokasiyaları münaqişənin sülh yolu ilə həllini mümkünsüz etmişdi: “30 ilə yaxın müddət ərzində davam edən erməni işğalı dövründə bir çox dünya gücləri tərəfindən münaqişənin dondurulması istiqamətində addımlar atılmışdı. Əgər əvvəlki illərdə Ermənistan danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç ildə faktiki olaraq danışıqlardan imtina edir, hətta nümayişkaranə şəkildə bildirirdi ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarını ətraflı məlumatlandıran Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının bu münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasız qalmasını yolverilməz bir hal kimi qiymətləndirmişdir. Əlbəttə ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr tərəfindən Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və müvafiq sanksiyalar tətbiq edilsəydi, məsələ sülh yolu ilə öz həllini tapa bilərdi. Lakin bu baş vermədi. Bu səbəbdən də Azərbaycan hərbi yolla öz torpaqlarını qaytarmağa məcbur oldu.”

Daha sonra Hafis Bəşirov qeyd edib ki, Ermənistan bütün beynəlxalq qanun və normaları pozaraq törətdiyi qanlı cinayətlərin və yol verdiyi təxribatların layiqli cavabını döyüş meydanında aldı: “Bütün bu illər ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirilib. Həmçinin müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəməyə can atıb. Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan təxribatlara uymadı. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Qısa müddət ərzində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan əksər əraziləri azad etdi. Cəmi 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu.”

Həmçinin Hafis Bəşirov Azərbaycanın Vətən müharibəsində Qələbəsinin bütün Türk dünyası üçün tarixi əhəmiyyətini qeyd edərək bunları deyib: “Türk Şurasının Zirvə görüşündə söylənən fikirlər də birmənalı olaraq bunu deməyə əsas verir ki, Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Təşkilata üzv dövlətlərin başçıları da öz çıxışlarında xüsusi olaraq qeyd etdilər ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Prezident İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə bütün Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən bir Zəfərdir. Bu Qələbə bütün Türk dünyasının gücünə güc qatdı.”

Abbas Abbasov
Elbrus Bağıriv
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025