Mobil versiya
Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir - ÜST
Tarix: 29-03-2021 | Saat: 16:22
Bölmə:Media | çapa göndər

Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir -


COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir:

"Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək".

ÜST rəhbəri dünya ölkələrini peyvəndləmə prosesinə 2021-ci ilin ilk 100 günü ərzində başlamağa çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025