Ana Sayfa > Media > Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir -
Vaksinlərin qeyri-bərabər paylanması iqtisadi və epidemioloji özünüməhv deməkdir -29-03-2021, 16:22. Yazar: sevinc1 |
COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib. O bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir: "Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək". ÜST rəhbəri dünya ölkələrini peyvəndləmə prosesinə 2021-ci ilin ilk 100 günü ərzində başlamağa çağırıb. aia.az Geri dön |