Mobil versiya
"Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur" - Deputatdan AÇIQLAMA
Tarix: 29-03-2021 | Saat: 13:55
Bölmə:Gündəm | çapa göndər

"Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur" - Deputatdan AÇIQLAMA

Son zamanlar ölkəmizdə koronavirusa yoluxma sayının artması müşahidə edilir. Cəmiyyətdə karantin rejiminin sərtləşdirilməsi ehtimalları ilə bağlı məlumatlar dolaşır.

AİA.Az bildirir ki, Unikal.org bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikirlərini öyrənib.

Millət vəkili məhdudlaşdırmalarla bağlı yekun qərarı Operativ Qərargahın verəcəyini qeyd edib: "Koronavirusa yoluxma gün keçdikcə artır. İnsanlar əvvəlki maksimumun da geridə qalması ehtimalını düşünür. Tamamilə mümkündür ki, müəyyən bir dövrdən, arzuolunmaz yoluxma rəqəminin qeydə alınmasından sonra yenidən məhdudlaşdırma baş versin".

Aydın Mirzəzadə insanların fərdi qaydada pandemiya ilə bağlı tədbirlərə riayət etməli olduqlarını vurğulayıb:

"Çox sayda insanların yoluxması onların yaxınları, ətrafında olan insanlar üçün təhlükə yaradır. Onların iş yerində də infeksiya mənbəyi yaranmış olur. Hər halda çox istərdim ki, insanlar özünütəcrid şərtlərinə riayət etsinlər. Hər birimiz maska taxmaqla, sosial məsafə saxlamaqla, yaxud insanların çox olduğu yerlərdən uzaq durmaqla koronavirusa yoluxma hallarından yayına və qaça bilərik. Bununla da COVİD-19-un geniş yayılmasının qarşısını ala bilərik. Həm inzibati tədbirlər, həm təcrid olduqca vacibdir. İstəməzdim ki, yenidən sərt karantin qaydalarına əl atılsın. Hər halda hansı addımın atılacağını sonrakı gediş göstərəcək. Mən düşünürəm ki, məhdudlaşdırmaya ehtiyac yoxdur".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə