Mobil versiya
“Femina” ilə bağlı dəhşətli faktlar - İDDİA
Tarix: 19-04-2016 | Saat: 09:05
Bölmə:Gündəm | çapa göndər

“Femina” ilə bağlı dəhşətli faktlar - İDDİA




Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan azsayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri də aydınlaşmaq üzrədir. Bu bazarda önəmli yerlərdən birini tutan «Femina» isə işlərinin gedişatında lap «gül» vurub. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ortaya çıxan məlumatlarda vurğulanır ki, firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.

Qiymət fırıldağı və köçkün statusundan sui istifadə

“Femina»nın sahibi o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış «birka»sı göz çıxarır.
Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 4500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. İndi sual olunur: Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır.
«Femina» müştərilərinin bir qismini «Sədərək»də barmağına dolasa da, bir qismini də filialı olan «Monika» mağazasında ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, «Monika»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır.
«Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Mənbə bildirir: «Böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev cənabları məcburi köçkün statusundan yararlanaraq, müavinət belə alır. «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək, orada yaşayır».

Onu da qeyd edək ki, bir müddət öncə “Youtube”də yayımlanan bir video demək olar ki, bütün dünyada səs-küyə səbəb oldu. Çində qeydə alınan görüntülərdə müxtəlif heyvanların zorla yuvalarından çıxarılaraq xüsusi müəyyən edilmiş cərəyana verildiyi əks olunub. Bir sıra beynəlxalq heyvanların hüquqlarını müdafiə təşkilatları Çində baş verən vəhşiliyin əleyhinə çıxararaq aksiya keçiriblər. Təşkilat üzvləri heyvanların ən qəddar formada öldürülməsini kəskin şəkildə qınayaraq bunun insanlığa yaraşmadığını deyiblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, qəddarcasına öldürülən heyvanların dərisi ölkədə fəaliyyət göstərən ayrı-ayrı fabriklərə satılır. Həmin müəssisələrdə istehsal prosesinə daxil edilən heyvan dərilərindən müxtəlif xəz və dəri geyimləri hazırlanır. Bu gün Azərbaycanda da bir neçə böyük xəz-dəri dükanı fəaliyyət göstərir.

Saxta xəz geyimi ilə bağlı qəribə tendensiya…

Onlardan bəh-bəhlə reklam olunanlarından biri də haqqında söhbət açdığımız “Sədərək” Ticarət Mərkəzində yerləşən “Femina” xəz-dəri qalereyasıdır. İlk baxışdan cəlbedici təklif və satış qiymətləri ilə müştərilərin diqqətini çəkən “Femina”da satılan məhsullar sən demə, keyfiyyətli deyilmiş. Bildirək ki, havaların soyuq keçməsi qadınların xəz geyimlərinə olan marağını artırır. Qiyməti kasıb adamların cibi ilə uyğun gəlməyən geyimləri daha çox varlı şəxslər alır. Ancaq onlar aldıqları məhsulun saxta olub-olmadığının fərqində deyillər. Çünki imkanlı adamlar bahalı geyim geyməyə öyrəncəlidirlər. Və heç vaxt aldıqları məhsulu yoxlatdırmaq barədə fikirləşmirlər. Ümumiyyətlə, son dönəmlər saxta xəz geyimi ilə bağlı qəribə tendensiya müşahidə edilir. Bu malların çoxu Çin Xalq Respublikasından idxal olunsa da, üzərlərinə başqa ölkələrin emblemini yapışdırıb satışa çıxarırlar. Vətəndaş isə aldığı məhsulun Çin istehsalı olmasından xəbərsizdir. Saxta etiketlər sayəsində istehlakçılar təmiz malıaşkarlamaqda çətinlik çəkirlər. Təkcə Azərbaycanda yox, dünyanın demək olar ki, əksər ölkəsində Çin istehsalı olan malların satışı geniş yayılıb. Dünya bazarı Çin malları ilə dolub-daşır. Xəz-dəri məmulatlarına tələbatın böyük olduğunu görən bəzi işbazlar bundan istifadə edərək vətəndaşları aldadırlar. Necə ki, “Femina” xəz-dəri qalereyasının rəhbərliyi bunu həyata keçirir. Aldığımız məlumatlara görə, Yunanıstan istehsalı kimi alıcılara təqdim edilən “Femina” xəz-dəri geyimləri, əslində, Çində istehsal olunur. Burda satılan geyimlərin ən ucuzunun qiyməti 3-4 min manatdan başlayır. Qalereyada hətta 40-50 min manata satışa çıxarılan xəzlər də var ki, onların tərkibi keyfiyyətli deyil.

“Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır?

Öyrəndik ki, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. “Femina”nın fəaliyyəti ilə yaxından maraqlanan şəxsin dediyinə görə, burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Məlumata əsasən, fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. “Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar. Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır.

Qalereyanın reklam xarakterli çağırışlarına aldanmayın!

Vurğulamaq istəyirik ki, “Femina” rəsmi “facebook” səhifəsində “Biz xəz-dəri bazarında bir lider olaraq, 21 illik təcrübəmizlə fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. Bütun bu illər ərzində müştərilərimizə yüksək keyfiyyətli məhsullar təklif etməklə onlar arasında böyük nüfuz qazanmışıq. “Femina” Avropanın aparıcı xəz brendləri ilə apardığı sıx əməkdaşlıq nəticəsində İtaliya və Yunanıstanda hər il təşkil edilən xəz-dəri sərgilərinə xüsusi dəvət alır. Bu sərgilərdə nümayiş olunan ən son dəbə uyğun xəz geyimləri ilə daim öz kolleksiyasını yeniləyir və sizə təqdim edir” cümlələri yazılıb. Biz vətəndaşlarımızı xəbərdar edirik ki, qalereyanın reklam xarakterli çağırışlarına aldanmasınlar. Çünki burda satılan məhsullar keyfiyyətli deyil və tərkibində zərərli maddələr olduğundan insan orqanizmi üçün təhlükə yaradır. Araşdırmalar nəticəsində o da məlum oldu ki, “Femina”nın arxasında güclü qüvvələr dayanıb. İddialara inansaq, xəz-dəri qalereyasını yüksək vəzifəli şəxslərdən biri himayə edir. Və elə buna görə də Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və digər aidiyyəti qurumların əməkdaşları burda yoxlama aparmırlar. Fəaliyyətinə heç bir dövlət orqanı tərəfindən müdaxilə olunmayan “Femina” Çin mallarını camaata İtaliya və Yunanıstan istehsalı adı ilə sırıyaraq külli miqdarda xeyir götürür. Bunun əvəzində isə dövlət büdcəsinə çox cüzi vergi keçirir. Vergilər Nazirliyindən, Dövlət Gömrük Komitəsindən və yuxarıda adını hallandırdığımız digər qurumların rəhbərlərindən xahiş edirik ki, qalereyanın ölkəyə idxal etdiyi təhlükəli məhsulların qarşısını alsınlar. İnanmaq istərdik ki, rəsmi qurumlar xahişimizi nəzərə alıb “Femina”ya qarşı hərəkətə keçəcəklər. Yazıda adı çəkilən şirkət və şəxslərin münasibətini dərc etməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024