Mobil versiya
YAP Qazax rayon təşkilatı onlayn formatda iclas keçirib - FOTOLAR
Tarix: 17-03-2021 | Saat: 15:12
Bölmə:Siyasət | çapa göndər

YAP Qazax rayon təşkilatı onlayn formatda iclas keçirib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 17 mart 2021-ci il tarixdə keçirilən iclasında təşkilatın sədri H.Pənahov Yeni Azərbaycan Partiyasının martın 5-də keçrilən VII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışından ətraflı danışdı.

Partiyanın strukturunda ciddi dəyişikliklər olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir və bu islahatlar yeni siyasi sferanı əhatə edir. Partiyamızın VII Qurultayında qəbul olunmuş qərarlar bu islahatların tərkib hissəsidir. Biz sevinirik ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin arzuları gerçəkləşir. 29 il ərzində Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın firavan gələcəyi üçün səmərəli fəaliyyət göstərmişdir. Ölkəmizin dünəni, bu günü və gələcəyi naminə yüz minlərlə vətəndaşı müstəqil dövlətçilik ətrafında birləşdirmişdir. Hesab edirəm ki, VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultayaqədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. H.Pənahov bildirdi ki, bu möhtəşəm qələbə dövlət başçımızın son 17 illik prezidentlik fəaliyyətinin reallığıdır. Xalqımız qəti əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq və abadlıq işləri aparılacaqdır. Respublikamız dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaqdır. Partiyamızın bütün üzvləri hər bir işdə fəal olacaqlar.

Onlayn formatda keçirilən iclasda YAP Qazax rayon təşkilatının sədr müavini Məməd Yusifov, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP fəalı Şəhadət Abbasov çıxış etmişlər

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025