Qarabağ əlillərindən deputata etiraz və ittihamlar
Tarix: 18-04-2016 | Saat: 19:51
Bölmə:Gündəm | çapa göndər
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Qarabağ əlilləri haqda səsləndirdiyi fikirlər etiraza səbəb olub
Belə ki, onun “nə edirsən, yenə də elə narazı qalırlar” deməsi, əlillərin yeni maşınlar tələb etdiyini iddia etməsi narazılqıla qarşılanıb.
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov AzNews.az-a açıqlamasında bildirib ki, Hadı Rəcəblinin dedikləri həqiqətdən uzaqdır: “Hadı müəllim bir zamanlar müəllimlərlə bağlı da açıqlama verərək bildirmişdi ki, getsinlər fəhlə işləsinlər, palçıq qatıb ustalıq etsinlər. Özünün imkanları genişdir, yaxşı istirahət mərkəzləri var, layihələr həyata keçirir, kefi də kökdür. Qarabağ əlili isə Azərbaycanda minimum yaşayış həddi, aşağı pensiya ilə zülmlə-zillətlə yaşayır. Hadı Rəcəblinin belə açıqlama verməsi doğru deyil, yalnış bir yanaşmadır”.
Birlik sədri hansısa əlilin dövlətdən ikinci avtomobil istəməsiylə bağlı fikirlərin yalan olduğunu vurğulayıb: “Həmin insanlar vətənə təmannasız olaraq qulluq ediblər. Dövlətin verdiyi güzəştlər, maşınlar, mənzillər, pensiyalara görə həmin insanlar dövlətimizə minnətdardırlar. Ancaq bunlar azlıq edir. Heç bir əlil maşın alandan sonra dövlətdən ikinci maşın istəməyib. Heç kim deməyib ki, maşınım xarab olub, onu Hadı Rəcəbli özündən uydurur”.
E.Əsədov onu da qeyd edib ki, bir neçə gün öncə də H.Rəcəbli qərəzli açıqlama ilə çıxış etmişdi: “Bildirmişdi ki, şəhid ailələrinə, Qarabağ qan pulu verilsə, o məbləğ 2007-ci ildəkindən az olacaq. Tamamilə qərəzli yanaşmadır. Onda belə yanaşırsa, niyə Azərbaycan vətəndaşıları bankdan götürdükləri kreditləri köhnə məzənnə ilə vermirlər? Budnan əlavə, Azərbaycanın müdafiəsində şəhid olanların ailələrinə, Qarabağ əlillərinə 2007-ci ilə ödənməli olan vəsaitin vaxtında verilməməsi əlilərin, şəhid ailələrinin günahı deyil, Azərbaycanda fəaliyyət göstərən sığorta şikətinin günahıdır”.
Hadı Rəcəblinin açıqlamalarının ona qəribə gəlmədiyini deyən E.Əsədov bütün bunların məhz Milli Məclisin deputatnın dilindən çıxdığına təəsüfləndiyini vurğulayıb: “Açıqlamaları ilə ictimaiyyətin qınağına tuş gəlib, özünü camaata güldürür. Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara ilə Qarabağ əlillərinə və şəhid ailələrinə qan pulu ödənməlidir kimi məsələnin üzərinə gəlsin və onun necə verilməsi qaydası ilə bağlı açıqlama versin. Belə qərəzli, özünü gülünc vəziyyətə salan açıqlamalar verməsin. Görünən odur ki, qocalıb, yaşa dolub. Getsin nəvələrinə “Təpəgözün nağılı”nı danışsın. Məncə “Zümrüd quşunun nağılı”nı danışsa “Palıdlı” İstirahət Mərkəzində günü daha da xürrəm keçər. Əlillərə bu cür yanaşır, amma Qarabağ əlillləri ilə bağlı layihə həyata keçirəndə özünə məxsus istirahət mərkəzinə göndərib, bəhrəsini görür”.
Qeyd edək ki, H.Həcəbli sədri olduğu komitənin bugünkü iclasında Qarabağ əlillərini və şəhid ailələrini ittiham edib: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir? Bu doğru yanaşma deyil. Nə edirsən, yenə də elə narazı qalırlar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024