Nizami Gəncəvi dahi Azərbaycan şairi və mütəfəkkiridir
Tarix: 12-03-2021 | Saat: 10:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərlik mövqeyindən yanaşan Ümummulli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində qeyd edilmişdir. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.
Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri, dünya ədabiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiridir. Şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamışdır. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədi-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini ərsəyə gətirən Nizami Gəncəvi ömrü boyu dövrünün mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır. Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütaliə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusi ilə Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Ana dilindən başqa ərəb və fars dillərini də bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixi və fəlsəfəsini, hind fəlsəfəsini, astronomiya, tibb və həndəsə, riyaziyyat, tarix, fizika elmlərini öz dövrü miqyasında çox mükəmməl bildiyi əsərlərindən görünür. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış və sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictiami-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikirinin zirvəsində dayanır. Nizami Gəncəvi Yaxın Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirmişdir. Şərq ədəbiyyatında yeni bir istiqamət açmışdır. Ədəbiyatı həmişə həyatla əlaqələndirməyə çalışmışdır. Öz mövzularını tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından yanaşmışdır. Böyük humanist şair olaraq insanı, insan ləyaqətini tərənnüm etmişdir. O, xalqın istək və arzularını, xalq yaracılığndan və təfəkküründən əxz etdiyi müdrik fikirlərini yüksək sənət dili ilə ifadə etmişdir. Həm ideya, həm də sənətkarlıq cəhətdən kamil bədi əsərlər yaratmışdır. Əgər əvvəlki ədəbiyyatda, saray şerlərində saray xadimləri ağıllı, qüdrətli, səxavətli şəxsiyyətlər kimi idealizə edilirdisə Nizami Gəncəvi yaradıcılığında onların zülm və ədalətsizlikləri tarixi faktlıar əsasında göstərilir, əməkçi insan və onun taleyi ön plana çəkilir.
Nizami Gəncəvi əsərlərində şəxsiyyət azadlığını, insanın mənəvi azadlığı tərənnüm olunur. Şair insanın və həyatın gözəlliklərini vəsf edərək, dünya neymətlərindən faydalanmağa çağırırdı. Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq, qadını yüksək insani sifətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Cəsarəti, mərdliyi və gözəl əxlaqı ilə seçilən mübariz qadın obrazlarını insani keyfiyyətlərdən məhrum kişilərə qarşı qoyur, qadının həyatın müxtəlif sahələrində kişilərlə bərabər çalışmağa qadir olduğunu sübut edirdi.
Nizami Gəncəvi xalqlar dostluğunun carçısı, beynəlmiləlçi şairdir. Onun üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edirdi. Nizami Gəncəvinin müsbət qəhrəmanları içərisində azərbaycanlı, fars, ərəb, türk, çinli, hindli, zənci, yunan, gürcü, rus və sair xalqların nümayəndələrinə rast gəlirik. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının baş mövzularındandır. Nizamı Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq, əməyi insanı bütün başqa canlılardan fərqləndirən həyatı təlabat kimi tərənnüm etmişdir. Şairə görə yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir. “Sirlər xəzinəsi”ndən başlamış bütün yaradıcılığı boyu əməkçi xalq içərisindən müsbət qəhrəmanlar seçib, əməyə xor baxan tənbəllərə , lovğa tufeylilərə, başqasının əməyi hesabına dolanan qoluzorlulara qarşı qoymuşdu.
İnsan zəkasının qüdrətinə dərin inam bəsləyən Nizamı Gəncəvi əsərlərində elmin fəzilətindən dönə-dönə bəhs etmişdir. Onun yaradıcılığında alim və filosof obrazları mühüm yer tutur. Onlar hökmdarları və cəmiyyəti düzgün istiqamətləndirən qüvvə kimi təsvir edilirlər. Şairin yaradıcılığında zəngin biliyə əsaslanan elmi əhəmiyyətli beyt və parçalar çoxdur. Nizami Gəncəvi insanın əxlaqi gözəlliyinə xüsusi qiymət vermiş, kamil insanın ancaq zahiri əlamətləri ilə deyil, mənəvi gözəllikləri ilə də seçildiyini qeyd etmişdir. O, ancaq yüksək əxlaq prinsiplərinə riayət yolu ilə xoşbəxt cəmiyyət quruculuğuna inanırdı.
Nizami Gəncəvi dahi sənətkar, böyük alim və mütəfəkkirdi. Bu böyük şəxsiyyət, bütün əsərlərində azadlıq uğrunda, ədalətli bir dövlət quruluşu uqrunda, bəşəriyyətin səadəti yolunda mübarizə edən böyük humanist sənətkardır. O, ədalətli, məzlumların xilaskarı, hər yerdə yaxşılıq axtaran, bütün dünyada zülm və zülmkarlığı məhv etməyi təbliğ edən azad fikirli bir insan, azadlıq nəğmələri tərənnüm edən böyük şairdir.
Uzaqgörən, dahi mütəfəkkür Nizami Gəncəvi bəşəriyyətə azad günlər yaşatmaq uğrunda bütün ömrü boyu yazmış, yaratmışdır. Hüquqda bərabərlik, sağlamlıq qaydarlarını gözləmə, cəmiyyəti idarəetmə qanun və qaydaları və sairə bu kimi prinsipləri irəli sürən Nizami Gəncəvi azadlıq və səadəti insanların öz əlləri ilə yaradacaqlarına böyük etiqadla inanmışdır. Azad bir cəmiyyətə çatmağın yolunu mübarizədə, çətinliklərə dözərək irəliləməkdə görmüşdür. Nizami Gəncəvi bir tərəfdən antik mədəniyyəti, fəlsəfəni çox yaxşı bildiyi ilə insanı heyran edir, digər tərəfdən XII əsrdə bəşər mədəniyyətinin əldə etdiyi əsas nailiyyətlərdən onun qədər xəbərdar olan az-az adam tapıla bilər.
Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. Bütün əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Şair vətəninin tarixindən aldığı qəhrəmanları, hətta ideal saydığı qəhrəmanlara belə qarşı qoymuş, onların daha üstün olduğunu göstərməyə çalışmışdır. Nizami Gəncəvi əsərlərində vətən təbiətinin gözəllikləri tərənnüm olunmuşdur. O, yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatından- dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir.
Nizami Gəncəvi 1209-cu il martın 12-də doğma şəhəri Gəncədə vəfat etmişdir. Dahi şair və mütəfəkkirin adı doğma vətəni Azərbaycanda əbədiləşdirilmiş, əsərləri dəfələrlə kütləvi tirajla nəşr olunmuşdur.
Lütvəli Şıxəliyev
YAP Saatlı rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər