Mobil versiya
Hulusi Akar İstanbulda Xocalıya həsr olunmuş sərgidə olub
Tarix: 11-03-2021 | Saat: 12:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hulusi Akar İstanbulda Xocalıya həsr olunmuş sərgidə olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Azərbaycanın Baş konsulluğunun dəstəyi ilə keçirilən "29-cu ilində Xocalı soyqırımı" sərgisinin açılışını edib.

Trend-in məlumatına görə, tədbirdə nazirlə yanaşı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin Komandanı Həsən Küçükakyüz də iştirak edib.

H.Akar Xocalı soyqırımını heç vaxt unutmayacaqlarını deyib:

"29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın acısı ürəyimizdədir, amma gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025
08-05-2025