Mobil versiya
Həsən Həsənov: “Azərbaycanda aparılan siyasi islahatlar uğurlarımızın əsasıdır”
Tarix: 10-03-2021 | Saat: 18:29
Bölmə:Gündəm | çapa göndər

Həsən Həsənov: “Azərbaycanda aparılan siyasi islahatlar uğurlarımızın əsasıdır”

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş və iqtisadi sahədə inhisarçılığa son qoyulmasına, xarici siyasət sahəsində isə ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsinə yönəldilmiş prioritetlər respublikamızın daha dinamik inkişafını təmin edəcək.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov deyib.

Öz müsahibəsində təşkilat sədri ilk növbədə belə bir məqamı vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında müzakirə olunan konsepsiyalar ölkənin postmüharibə dövründə yeni inkişaf mərhələsinə sürətli keçidinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə xüsusilə son 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasət nəticəsində əldə olunmuş ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf ölkəmizə xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaratmışdır. Müharibədən sonrakı dövrdə isə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan dövlətimizin başçısı tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müzakirə olunan konsepsiyalar xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, Azərbaycanın parlaq Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən formalaşacaq qatqısı, logistik sahədə yeni perspektivlər respublikanın inkişaf potensialını artıracaq. Ərazi bütövlüyümüzün təmin olunması iqtisadi sferada böyük irəliləməyə gətirib çıxaracaq. Bu iqtisadi inkişafın dogru dəyərləndirilməsi ölkəmizin dünya səviyyəsində davamlı irəliləməsinə və dinamik inkişaf xəttinə malik olmasına səbəb olacaq. Eyni zamanda da Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Bu gün də yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər.”

Daha sonra Həsən Həsənov qeyd edib ki, bu gün ölkədə aparılan siyasi islahatlar Azərbaycanda ümumxalq birliyinin formalaşdırılması işinə böyük töhfələr verməkdədir: “Dövlət başçısının da öz çıxışında qeyd etdiyi kimi, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Vurğulamaq lazımdır ki, artıq 6 müstəqil siyasi partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi də ölkədə siyasi həmrəyliyin kifayət qədər güclü olduğuna dəlalət edir. Hələ keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da güclənmişdir. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır. Digər tərəfdən də 6 siyasi partiyanın YAP-a qoşulması hakim partiyanın konstruktiv qüvvələrə hər zaman açıq olduğunu nümayiş etdirmiş oldu. Bütün bunlar göstərir ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm də xarici siyasət kursu yeganə düzgün kursdur və İkinci Qarabağ müharibəsinin nəticələri buna əyani sübutdur.”

aia.az
Murad Məmmədov
Arzu Əsədov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024