Mobil versiya
Sabahdan hava dəyişəcək, Bakıya qar yağacaq - Gülşad Məmmədova
Tarix: 10-03-2021 | Saat: 17:21
Bölmə:Gündəm | çapa göndər

Sabahdan hava dəyişəcək, Bakıya qar yağacaq -


Sibirdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində martın 11-i gündüz saatlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, martın 12-si səhərdən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq. Martın 12-də gündüz saatlarında isə yarımadanın bəzi yerlərində küləyin sürəti arabir 30-33 metr/saniyəyədək güclənəcək.

G.Məmmədova əlavə edib ki, martın 11-də arabir yağış yağacaq. Martın 12-də isə yağışın sulu qara və qara keçmə ehtimalı var. Martın 12-də yağıntılar bəzi yerlərdə intensiv olacaq ağışlı, küləkli hava şəraiti ilə əlaqədar çovğun olacağı da istisna olunmur

Martyın 12-dən 13-ə keçən gecə havanın temperaturu 3-5 dərəcə enəcək, temperatur 0 dərəcəyə yaxınlaşacaq

G.Məmmədova bildirib ki, sabah gündüz saatlarından şimal və qərb rayonlarından başlayaraq, hava şəraiti dəyişəcək, qeyri-sabit olacaq, arabir yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq. Ayrı-ayrı bölgələrdə isə yağıntının intensiv olacağı ehjtimalı var. Bölgələrdə də bəzi yerkərdə güclü külək əsəcək Havanın temperaturu 5-8 dərəcə enəcək Yağıntılı hava şəraiti ilə əlaqədar əsasən, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

G.Məmmədova qeyri-sabit hava şəraitinin martın 13-ü səhər saatlarınadək davam edəcəyini söyləyib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024