Mobil versiya
Allahverən Əliyev: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”
Tarix: 10-03-2021 | Saat: 16:36
Bölmə:Manşet / Gündəm | çapa göndər

Allahverən Əliyev: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”

Partiyamızın yaranmasında, inkişafında və güclənməsində Ulu Öndər Heydər Əliyevin ideyalarının müstəsna rol oynadığı kimi, son 17 ildə əldə etdiyimiz bütün uğurlar da Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin adı ilə bağlıdır.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev deyib.

Öz müsahibəsində təşkilat sədri belə bir məqamı vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında müzakirə olunan məsələlər ölkəmizin müharibədən sonrakı dövrdə inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Yeni Azərbaycan Partiyasının yaranması bir tarixi zərurət idi və bu partiyanın yaranmasında, inkişafında və güclənməsində Ulu Öndər Heydər Əliyevin parlaq zəkasından doğan ideyaları, Onun siyasi uzaqgörənliyi və dövlət idarəçiliyində malik olduğu zəngin təcrübəsi müstəsna rol oynayıb. Eləcə də son 17 ildə istər partiyamızın, istərsə də ümumilikdə Azərbaycanın əldə etdiyi bütün uğurlar da Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Çünki bu gün birmənalı olaraq deyə bilərik ki, YAP artıq həqiqətən də ümumxalq rəğbətini qazana bilmiş bir partiyadır. Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qurultay bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir. Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti zəminində Azərbaycanda formalaşmış və bu gün daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdən biri kimi çıxış etdi. Hələ keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda, demək olar, bütün siyasi qüvvələr iştirak edir və bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə vahid mövqelərin formalaşması müşahidə olunur. O cümlədən, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi olmaqla, eyni zamanda da hakim partiyaya göstərilən inam və etibarın bir göstərisi oldu.”

Daha sonra Allahverən Əliyev qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq konsepsiyaları isə həmin imkanlardan maksimum yararlanmaq baxımından bütün ölkələr üçün ən doğru seçim ola bilər: “Bu gün Azərbaycanın iqtisadi qüdrəti durmadan artır. Son 17 ildə bu artım 3 dəfədən çox olmuşdur. Artıq bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. İkinci bir tərəfdən isə Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti sayəsində regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Bununla belə, Prezident cənab İlham Əliyevin də dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, Azərbaycan hər zaman əməkdaşlığa açıq ölkədir və yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz firavan gələcəklərini qurmaq və iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024