Mobil versiya
Oktay Abdullayev: “Dövlət başçısının keçirdiyi mətbuat konfransı Azərbaycanın beynəlxalq mövqelərini bir daha gücləndirdi”
Tarix: 09-03-2021 | Saat: 15:49
Bölmə:Gündəm | çapa göndər

Oktay Abdullayev: “Dövlət başçısının keçirdiyi mətbuat konfransı Azərbaycanın beynəlxalq mövqelərini bir daha gücləndirdi”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizin siyasi-diplomatik müstəvidə növbəti uğuru və bədxahlarımızın fiaskosu kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı 4 saat ərzində, 4 dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandırmaqla Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirdi.” Bu sözləri saytımıza verdiyi açıqlamasında Xızı Rayon Təhsil Şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib.

İlk növbədə Oktay Abdullayev belə bir məqamı vurğulayıb ki, dövlət başçısına ünvanlanan suallar arasında mövcud regional vəziyyət və gələcək inkişaf perspektivləri ilə bağlı sualların üstünlük təşkil etməsi dünya ictimaiyyətinin istər Azərbaycanda, istərsə də ümumilikdə Cənubi Qafqazda gedən proseslərə olan böyük marağından xəbər verir: “Mətbuat konfransının gedişində Ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanan sualların mahiyyəti belə deməyə əsas verir ki, Azərbaycanın tarixi qələbəsilə başa çatmış Vətən müharibəsinin nəticələri və bölgənin, eləcə də ümumilikdə Cənubi Qafqazın bundan sonrakı inkişaf perspektivləri hazırda dünya ictimaiyyətini son dərəcə maraqlandıran məsələlərdəndir. Məlumdur ki, Azərbaycan artıq uzun müddətdir regionun lider dövləti kimi çıxış edir və öz ərazi bütövlüyünü təmin etdikdən sonra bu mövqeyini daha da möhkəmləndirib. Buna görə də beynəlxalq ictimaiyyət üçün Cənubi Qafqazın regional inkişaf perspektivləri məhz Azərbaycanın baxış prizmasından daha böyük maraq kəsb edir. Bu marağı canlandıran daha bir amil də budur ki, bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun önəmi çox dəfələrlə artıb. Avropanın enerji təhlükəsizliyinin təminatı birbaşa Cənubi Qafqaz regionunda sülhün, sabitliyin təminatından asılıdır. Bu təminatı isə yalnız regionun lider dövləti olaraq Azərbaycan verə bilər. Ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıqlar yaratdı və bu gün artıq bütün dünya bu reallıqları qəbul etməlidir.”

Oktay Abdullayevin sözlərinə görə, bu mətbuat konfransı həm də Ermənistanın revanşist əhval-ruhiyəli bəzi dairələrinə və onların bu ambisiyalarından yararlanaraq Cənubi Qafqazda destabillik yaratmaq çalışan müəyyən qüvvələrə ünvanlanmış ciddi mesajlarla yadda qaldı. Bu barədə öz fikirlərini paylaşan müsahibimiz bildirdi ki, Prezident İlham Əliyev öz qətiyyətli açıqlamaları ilə, xüsusilə də Dağlıq Qarabağın statusu ilə bağlı suala verdiyi sərt ismarıc xarakterli cavabı ilə Ermənistanda dolaşan revanşist ideyaların bu ölkə üçün əsil kabusa çevrilə biləcəyinə dair hər kəsi xəbərdar etmiş oldu: “Çox təəssüflər olsun ki, bu gün qonşu ölkədə hələ də “Böyük Ermənistan” kimi cəfəng ideyanı yaşadanlar da, bu ideyanın eyforiyasına uyanlar kifayət qədərdir. Həmin qüvvələr millətin və dövlətin gələcəyini düşünməkdənsə, hansısa öz şəxsi maraq və məqsədləri naminə ölkəni getdikcə daha çox xaosa yuvarladır və insanları səfalət bataqlığına düşürürlər. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, Ermənistanın daxili işidir. Azərbaycan öz inkişaf perspektivlərini müəyyən edib və onu bu yoldan nə Ermənistanın, nə də hər hansı digər dövlətin mövqeyi çəkindirə bilməz. Bununla belə hansısa xarici qüvvələr də Ermənistandakı vəziyyətdən istifadə edərək bütün Cənubi Qafqazda qeyri-sabitlik toxumları səpməyə cəhd edə bilərlər. Ola bilsin ki, məhz elə bu məqsədlər üçün də həmin qüvvələr tərəfindən qonşu ölkədə revanşist əhval-ruhiyyənin saxlanması istiqamətində müəyyən addımlar atılsın. Lakin Azərbaycan Prezidenti keçirdiyi mətbuat konfransında öz uzaqgörənliyi ilə lazım olan ünvanlara bütün bu məsələlərin heç bir nəticə verməyəcəyinə dair müvafiq mesajlarını göndərdi. Xüsusilə Dağlıq Qarabağın statusu barədə hələ də hansısa xəyallara qapılanlara olanların puç ümidlər bəslədiklərini dövlətimizin başçısı konkret ifadələrlə bir daha izah etdi: “O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar.”

Abbas Abbasov
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024