Mobil versiya
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Tarix: 09-03-2021 | Saat: 09:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Aparatının İctimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyasına qarşı mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün atılan addımlar və regional məsələləri müzakirə ediblər.

Prezident T.Ərdoğan aprel ayında Türkiyəyə "maneəsiz və təhlükəsiz" turist səfərlərinin bərpa olunacağından əminliyini ifadə edib.

Türkiyə Prezidenti qeyd edib ki, Böyük Britaniya və Türkiyə arasında sərbəst ticarət haqqında razılaşma iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsidir və atılan addımlar ikitərəfli ticarətin həcminin 20 milyard dollara çatmasına kömək edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025