Mobil versiya
Əşrəf Qənidən İlham Əliyevə təbrik: “Atanız da sizinlə fəxr edərdi”
Tarix: 05-03-2021 | Saat: 11:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əşrəf Qənidən İlham Əliyevə təbrik:

Xəbər verdiyimiz kimi, ötən gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

aia.az xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər dövlət başçıları da çıxış edib.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək İlham Əliyevi qələbə münasibətilə təbrik edib:

“Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024