“Şəhidlər ölməz, Vətən bölünməz”
Tarix: 17-04-2016 | Saat: 14:30
Bölmə:Gündəm | çapa göndər
Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir. Bu yaz günlərində yenidən sınağa çəkilən vətən torpağında zəfərləri qalibiyyətə təşnə qəlbimizə su kimi çilənən igid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərdilər.
S.Vurğun adına Mərkəzi Kitabxananın oxu zalında keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı məlumat günü də hərbi vətənpərvərlik tərbiyəsinə, son günlər ön cəbhədə baş verən hadisələrə həsr olunub. Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Metodika-Biblioqrafiya şöbəsinin metodisti Natəvan Axundzadə açaraq son günlərdə cəbhədə baş verən hadisələr haqqında iştirakçıları məlumatlandırıb.
Ümumi tanışlıq məqsədilə S. Vurğun adına Mərkəzi Kitabxanaya gələn Sumqayıt şəhət İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov da tədbirə qatılıblar. Teymur Səmədov tədbirdə çıxış edərək ordumuzun bu günkü qələbəsindən danışıb, bu günlərdə xalqın hər bir övladının öz Prezidentinə dəstək olmasının vacibliyini vurğulayıb. Şair Əşrəf Veysəlli, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova da öz çıxışlarında vətən məhəbbəti, millətin tamlığının, bütövlüyünün təməli olan vətənpərvərlik haqqında fikir və tövsüyyələrini iştirakçılarla bölüşüblər.
Qeyd olunub ki, gənclərimizin maariflənməsi məqsədilə keçirilən belə tədbirlərin çox böyük əhəmiyyəti var. Bizim əsas işimiz Vətən anlayışının aliliyini, müqəddəsliyini duya bilən, onun yadlara yurd olmasına yol verməyən, daşına, torpağına sahib çıxmağı bacaran, müdafiəsinə sinəsini sipər edə biləcək vətənpərvər gənclər tərbiyə etməkdir.
Daha sonra Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova “Azərbaycan – Vahid məmləkət” başlıqlı sərgidə nümayiş olunan vətən tarixinə, işğal olunmuş torpaqlarımıza, milli qəhrəmanlarımıza həsr olunmuş ədəbiyyatlarla tədbir iştirakçılarını tanış edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə sona yetib.
Sumqayıt şəhər Mədəniyyət və turizm idarəsinin
Mətbuat xidməti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024