Mobil versiya
Azərbaycan və Türkiyə münasibətləri siyasi maraqlar deyil, ən ali dəyərlərdir
Tarix: 03-03-2021 | Saat: 16:15
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan və Türkiyə münasibətləri siyasi maraqlar deyil, ən ali dəyərlərdir


Azərbaycanın haqq işinin, zəfər yürüşünün ilk günündən qardaş Türkiyə öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı da özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı.

Türkiyə Respublikasının bütün dövlət rəsmiləri millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına verdiyi müsahibəsində müharibənin ilk saatlarından Türkiyə dövlətinin dünyanın güc mərkəzlərinə göndərdiyi açıq siqnallar, ən kritik hallarda Azərbaycanın yanında olması, hər kəsə "dur” deməsi qardaşlığın, həmrəyliyin ən bariz nümunəsi oldu. Bütün dünyaya elan edildi ki, Azərbaycan tək deyil. Türkiyə bu işin sonuna qədər Azərbaycanın yanındadır.

Terroru dövlət siyasətinə çevirmiş Ermənistan döyüşlərdə ordumuzun qarşısında aciz durumda qaldı. Və hünər meydanındakı məğlubiyyətlərinin acısını yenə də öz terrorçu, faşist xislətinə uyğun olaraq mülki əhalinin qətliamı ilə çıxmağa çalışdı. Gəncədə, Bərdədə, Tərtərdə kütləvi sayda mülki əhalini qətlə yetirdi. Nə qədər mülki sakinimizin - körpələrin, qadınların, yaşlıların ölümünə bais oldu. Bu məqamlarda da Türkiyənin varlığını hiss etməyimiz, bu ölkənin dövlət rəsmilərinin Ermənistanın terrorçu siyasətinə qarşı verdikləri bəyanatlar, çağırışlar, Azərbaycana vaxtaşırı səfərləri böyük təsəllimizə çevrildi. Türkiyənin yüksək çinli dövlət rəsmiləri, nüfuzlu simaları ölkəmizə səfərlərini yenə davam etdirir, dövlət başçısı ilə görüşlərində, bəyanatlarında, müsahibələrində Türkiyənin hər an yanımızda olduğunu, qardaş Azərbaycanın timsalında haqqın, ədalətin bərpasında sonadək səy göstərəcəklərini bildiriblər. Türkiyənin hətta ən kritik hadisələr zamanı da ölkəmizi diqqətdən kənarda qoymaması, apardığımız haqq davasını nəzərində saxlaması Dağlıq Qarabağ məsələsinin bizim qədər Türkiyə üçün də şərəf məsələsi olduğunu göstərir.

Azərbaycan xalqı təbii ki, bütün bunları böyük sevgi və məmnunluq hissi ilə izləyir. Evlərin eyvanlarında, iş yerlərində, avtomobillərində, küçələrdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağının da olması qardaş ölkəyə sonsuz minnətdarlığın ifadəsidir. Bu tarixi anlar göstərir ki, biz bütün dövrlərdə - həm yaxşı, həm də çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək hər birimizi kənar maneəyə məhəl qoymadan haqq işimizi davam etdirməyə ruhlandırır, bizi ədalət uğrunda apardığımız mübarizəyə daha da səfərbər edir.

Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edəcək. Bu məqsədlə yaradılacaq Monitorinq Mərkəzində Türkiyə hərbçiləri də xidmət aparacaqlar. Burada sülhün qorunmasına öz töhfələrini verəcəklər. Artıq bununla bağlı müvafiq memorandum imzalanıb. Türkiyə Böyük Millət Məclisi Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sülhməramlıların göndərilməsinə dair qərar layihəsini təsdiqləyib. Türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Ehtiyac olduqda müddət artırılacaq.

Əminə Ağazadə
Milli Məclisin deputatı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə