AZ RU Mobil versiya
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Tarix: 02-03-2021 | Saat: 15:49
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğanın tapşırığı ilə Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək.

“Türkiyə prezidentinin tapşırığı ilə Qarabağ zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı barədə ortaq serial və film layihələrini həyata keçirəcəyik. Bu cür layihələrin həm milli, həm də qlobal səviyyədə rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”.

O əlavə edib ki, iki ölkə tarixi hadisələrlə yanaşı, ortaq dəyərləri gündəmə gətirən sərgi, simpozium və digər tədbirləri də təşkil edə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5113 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021