Mobil versiya
Hafis Bəşirov: Milli Prioritetlər vacib hədəfləri və əsas strateji məqsədləri ehtiva edir
Tarix: 02-03-2021 | Saat: 11:51
Bölmə:Siyasət | çapa göndər

Hafis Bəşirov: Milli Prioritetlər vacib hədəfləri və əsas strateji məqsədləri ehtiva edir

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan-2030: Sosial-iqtisadi inkişafa dair Milli Priotetlər” ölkəmizin qarşıdakı 10 il ərzində inkişaf perspektivlərini özündə əks etdirir, vacib hədəfləri və əsas strateji məqsədləri müəyyən edir. Düşünürəm ki, Milli Prioritetlər müstəqil Azərbaycanın dünyaya nümunə olan özünəməxsus inkişaf modelinin dəqiq ifadə olunmuş cizgiləridir və qarşıdakı illərdə daha yüksək iqtisadi göstəricilərə nail olmaq üçün etibarlı zəmin yaradır”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib.

H.Bəşirov bildirib ki, Milli Prioritetlər ölkəmizin yeni inkişaf mərhələsinin təcəssümüdür, Azərbaycanın daha da qüdrətlənməsinə təkan verəcək uzunmüddətli strategiyasıdır: “Bu proqram milli iqtisadiyyatımızın davamlı, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata çevrilməsini reallaşdıracaq. Bu proqram vətəndaşların rifahının yüksəldilməsi, ölkədə həyat səviyyəsinin daha da yaxşılaşmasını hədəfləyir. Milli Prioritetlər ölkəmizin qarşıdakı onillikdə daha sürətli inkişafına ünvanlanan yol xəritəsidir. Bu baxımdan hədəflərin reallaşması, bu məqsədlərin həyata keçməsi üçün hər bir azərbaycanlı bütün gücünü səfərbər etməlidir”.

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş rayonlarımızın qısa zamanda bərpasının, abadlaşdırılmasının gələcək milli hədəflərimiz arasında yer aldığını söyləyən H.Bəşirov deyib ki, işğaldan azad edilmiş torpaqlarımızbərpa işləri nəticəsində dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024