Mobil versiya
Manaf Manafov: “Azərbaycan artıq şərtləri diqtə edən tərəfdir”
Tarix: 02-03-2021 | Saat: 11:34
Bölmə:Siyasət | çapa göndər

Manaf Manafov: “Azərbaycan artıq şərtləri diqtə edən tərəfdir”

“Bu gün ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin nəticəsi olaraq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə onunla barışan, onu qəbul edən bütün ölklər üçün yeni inkişaf perspektivləri açır” – bu sözləri saytımıza verdiyi müsahibəsində Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi, YAP Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Manaf Manafov deyib.


Əməkdaşımızın suallarını cavablandıran müəssisə rəhbəri qeyd edib ki, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizin bu gün artıq şərtləri diktə edən tərəf olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Manaf Manafovun sözlərinə görə xüsusilə Ermənistanda özlərini və milləti revanşist xülyalarına qapdıran qüvvələr bu mətbuat konfransında səslənən fikirlər ətrafında dərindən düşünməlidirlər: “İlk növbədə qeyd etməliyəm ki, Ölkə Prezidenti cənab İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı birmənalı olaraq Azərbaycanın informasiya cəbhəsindəki növbəti parlaq qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan diplomatiyasının son dövrlərdə ardıcıl olaraq əldə etdiyi uğur və nailiyyətlər bu konfransın gedişində bariz şəkildə öz əksini tapmış oldu. Prezident İlham Əliyevin 4 saatdan artıq davam edən müddət ərzində bir neçə xarici dildə, 50-dən artıq sualı dəqiq və sərrast ifadələrlə cavablandıraraq inamla söylədiyi qətiyyətli fikirləri Azərbaycanın bu gün artıq qalib ölkə və şərtləri diktə edən tərəf olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu mətbuat konfransı Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə hələ də spekulyasiya etmək niyyətindən əl çəkməyən müəyyən qüvvələrin bütün ümidlərini puça çıxardı. Xüsusilə Ermənistanda yaranmış hərc-mərclikdən yararlanmağa çalışan bəzi revanşist meyilli qüvvələr də onlara ünvanlanmış sərt mesajlarını aldılar. Azərbaycan Prezidenti “Dağlıq Qarabağ münaqişəsi” və xüsusilə də “Dağlıq Qarabağın statusu” kimi bizim üçün artıq keçmişdə qalmış məsələlər barədə qəti fikirlərini konkret şəkildə ifadə edərək bu mövzuların artıq bundan sonra heç zaman açılmayacağı şərtilə birdəfəlik bağlandığını bildirdi. Bu barədə verilən suallara cavablandıran dövlət başçısının dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb. Azərbaycan bu münaqişəni hərbi yolla, öz gücünə arxalanaraq, təkbaşıma həll etdi. Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti xüsusilə son iki ildə ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmirdi. Çünki Ermənistan rəhbərliyinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi. Məhz buna görə də Azərbaycan bu məsələni hərbi yolla həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bunu təsdiqləyir. Bu gün əgər kimlərsə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa şübhə toxumları səpməyə cəhd göstərərlərsə, onlar bilməlidirlər ki, son nəticədə biçdikləri yalnız məğlubiyyət və rəzalət olacaq.”

Öz fikirlərini davam etdirən Manaf Manofov belə bir məqamı da xüsusi olaraq qeyd edib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar əslində bütün region ölkələri və hətta qonşu dövlətlərin iqtisadi inkişafı üçün yeni perspektivlər açır. Bu isə o deməkdir ki, Azərbaycanla düşmənçilik deyil, dostluq etməklə hər kəs bu imkanlardan bəhrələnə bilər: “Bu gün bütün dünya Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları müşahidə edir. Təbii ki, ilk növbədə bu reallıqlar özündə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını, bərpa olunmuş ərazi bütövlüyünü əks etdirir. Lakin reallıqlar sadəcə bundan ibarət deyil. Yeni reallıqlar həm də yeni istifadəyə verilmiş Cənub Qaz Dəhlizidir. Yeni reallıqlar kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması deməkdir. Bütün bu layihələr region ölkələri üçün nadir imkanlar yaradır. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, biz yeni reallıqlar fonunda yaradılan əməkdaşlıq formatlarının coğrafiyasının genişləndirilməsini arzulayırıq. Hazırda Azərbaycan Türkiyə, Rusiya və İran arasıında aparılan fikir mübadilələri bu ölkələrin eyni mövqedə olduğunu göstərir. Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında xarici media orqanları vasitəsilə bir daha Ermənistana belə bir aydın mesajı çatdırdı ki, Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, gedən proseslərin tərkib hissəsi ola bilər. Əlbəttə ki, bu təklif səfalət içərisində boğulan Ermənistan üçün son dərəcə əlverişli fürsətdir və erməni xalqı öz rəhbərlərini bu fürsəti dəyərləndirməyə məcbur edə bilməsə, bu zaman Ermənistan öz şansını əldən qaçırmış olacaq.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024