Mobil versiya
Roma Papası 12 suriyalı ilə qayıdıb
Tarix: 17-04-2016 | Saat: 12:24
Bölmə:Siyasət | çapa göndər

Roma Papası 12 suriyalı ilə qayıdıb






Yunanıstanın Lesbos adasındakı miqrant düşərgəsinə baş çəkən Roma Papası 12 miqrantı özü ilə Vatikana aparıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, 6 uşaqda daxil olmaqla 3 ailənin üzvləri Suriyada evləri bombalanan müsəlmanlardır.
Vatikan açıqlamasında deyilir ki, Papa öz addımı ilə qaçqınlara "xoş gəlmisiniz" messajını vermək istəyib.
Roma Papası Francis Yunanıstanın Lesbos adasında yerləşən miqrant düşərgəsinə baş çəkərkən orada qalanlara müraciətində "siz tək deyilsiniz" deyib.
"Ümidinizi itirməyin. Bir-birimizə bəxş edəcək yeganə hədiyyə sevgidir".
Yunanıstana səfər edən Vatikan lideri baş nazir və pravoslav kilsəsinin rəhbəri ilə görüşüb.
Roma Papası Lesbosa "İkinci dünya müharibəsindən bəri ən kəskin humanitar böhranı" görmək üçün gəldiyini deyib.
Katolik kilsəsinin rəhbərinin baş çəkdiyi Moria düşərgəsində 3 min miqrant saxlanılır. Onlardan bəziləri Türkiyəyə deportasiya oluna bilər.
Avropaya miqrant axınının azaldılmasına yönələn Aİ-Türkiyə razılaşmasından sonra Lesbos adasında minlərlə insan ilişib qalıb.
Vatikan israr edir ki, yalnız humanitar və dini məqsəd daşıyan Papanın səfəri deportasiyaların tənqidi kimi qəbul olunmamalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024