Xalqın və dövlətin həmrəyliyi bütün dünyaya nümayiş olundu
Tarix: 01-03-2021 | Saat: 12:30
Bölmə:Siyasət | çapa göndər

Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri bir yumruq kimi birləşdilər. Düşməni məğlub edərək işğal altında olan Qarabağ torpaqlarını və ətraf rayonları işğaldan azad edərək, Azərbaycan tarixinin şanlı parlaq qələbəsini qazandılar.
Azərbaycan oğullarının sücaət və qəhrəmanlığı əsrlərin süzgəcindən keçən tarixi faktlara söykənir. Azərbaycan tarixində çoxlu sayda sərkərdələr, vətəninə, torpağına bağlı olan igidlər olmuşdur. Bu ənənə 44 günlük Vətən müharibəsində bir daha sübut olundu. Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşən gənclərimiz müasir Azərbaycan tarixinin şanlı səhifələrini yazdılar. İstər ön cəbhədə, istər arxa cəbhədə əsl qəhrəmanlıq nümayiş olundu. Tarixi Azərbaycan torpaqları düşmən əsarətindən azad olundu. Xalqın və dövlətin həmrəyliyi bütün dünyaya nümayiş olundu. Qarabağ torpaqlarını heç zaman görməyən gənclərimiz bu torpaqların azadlığı yolunda Şəhidlik zirvəsinə ucaldılar. Onların sücaəti xalqın əbədi yaddaşında yaşamaq statusu qazandı. İkinci Vətən Müharibəsi Azərbaycan gəncliyi üçün bir sınaq oldu. Bu sınaqdan gənclərimiz uğurla çıxdılar. Düşməni məğlub edərək, torpaqlarımızı işğaldan azad etdilər. Bu qələbə Azərbaycan tarixinin ən parlaq və ən əzəmətli qələbəsi oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə gənclərimiz bütün dünyaya Azərbaycanımızın gücünü və qüdrətini göstərdilər. Bu parlaq qələbə iqtidar-xalq birliyinin, dövlətin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qəbul olunur. 27 sentyabr 2020-ci il tarixində əks-hücumla irəli atılan qəhrəman Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad edərək orada əzəmətli Azərbaycan Bayrağını dalğalandırdılar. Bu Bayraq bizim mənliyimiz, qürurumuz və baş tacımızdır.
Bu gün də Ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycana daim yeni-yeni zirvələri fəth etməyə zəmin yaradır. Bizim gənclərimiz, böyüyən yeni nəslimiz xöşbəxtdir. Xöşbəxtdir ona görə ki, Heydər Əliyev kimi ümummilli liderimiz var. Xöşbəxtdir ona görə ki, cənab İlham Əliyev kimi uzaqgörən və tədbirli Prezidentimiz var. Bu gün bütün dünya azərbaycanlıları Ali Baş Komandanımızla, Azərbaycan gəncləri ilə fəxr edir qürur duyurlar.
Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-05-2025
10-05-2025
09-05-2025